Accessibility links

Britaniyanın baş naziri Devid Kameron Türkiyə səfəri çərçivəsində İslam Dövləti qrupunun təhlükəsi məsələsini müzakirə edir.

İkigünlük səfəri zamanı o, cihadçılara qarşı mübarizədə əməkdaşılığın dərinləşdirilməsinə çalışır.

İstanbulun Süleyman Şah Universitetinin xarici əlaqələr üzrə eksperti Cengiz Aktar cihadçıların Britaniya üçün xüsusi hədə təşkil etdiyini deyir.

"Anti-terror əməkdaşlığı gündəlikdə yer alan əsas məsələdir. Britaniya vətəndaşlarının İslam Dövləti sıralarında döyüşməsinə görə Britaniyanın kəşfiyyat xidməti onları yaxından izləyir."

Britaniyanın kəşfiyyat xidməti artıq Türkiyədəki həmkarları ilə vətəndaşlarının İŞİD sıralarına qoşulmaması istiqamətində əməkdaşılıq edir. Lakin Ankara cihadçılara mane olunması sahəsində daha artıq iş görülmədiyinə görə Londonun təzyiqləri altındadır. Belə ki, İraq və Suriya ilə sərhəddə yerləşən Türkiyə cihadçılar üçün əsas martşrutdur.

Türkiyənin Tərəf və Əl-Monitor qəzetinin köşə yazarı Semih İdiz iki ölkə arasında münasibətlərin Türkiyənin iki Britaniya vətəndaşını türk girovlar müqabilində İŞİD-ə təhvil verməsi ilə daha da gərginləşdiyini deyir.

"Onların Türkiyə tərəfindən azad edilib, Mosulda girovlarla mübadilə edilməsi Britaniya tərəfinin narazılığına yol açıb."

Devid Kameronun cihadçılara qarşı mübarizədə əməkdaşılıq tələbi Türkiyənin Suriya tələblərinin dəstəklənməsi ilə qarşılanır. Türkiyə prezidenti Suriyada uçuşlara yasaq zonanın yaradılmasını tələb edir. O, bunun müqabilində Türkiyə bazalarını İslam Dövlətinə qarşı mübarizəyə açacağını təklif edir.

Bundan əlavə Türkiyənin Avropa İttifaqına üzvlük cəhdləri də Kameronun səfərini çətinləşdirir. Britaniya həmişə Türkiyənin quruma üzlüyünə güclü dəstək verib. Lakin təhlilçi Aktarın fikrincə, London artıq Türkiyə ilə bağlı mövqeyini dəyişib.

"Britaniya bir vaxtlar Türkiyənini dəstəkləyirdi. Təssüflər olsun ki, artıq etmir. İndi isə Britaniya neytral mövqedən çıxış edir. "

Böyük Britaniya son zamanlar prezident Ərdoğanın tənqid hədəfinə çevrilib. O, hər bir daşın altından Britaniyalı casusunun çıxdığını bildirib. Hətta tele-serialların birində Britaniya şahzadəsininTürkiyəyə qarşı hücum planından bəhs edilir.

XS
SM
MD
LG