Accessibility links

ABŞ Boko Haram qurbanlarına humanitar yardım göstərəcək


ABŞ-ın BMT-dəki nümayəndəsi Samanta Pauer deyir ki, Birləşmiş Ştatlar Afrikanın Çad Gölü regionundakı ölkələrdə Boko Haram qrupunun zorakılıqlarına məruz qalan insanlara 40 milyon dollarlıq humanitar yardım göstərəcək.

Pauer bu məlumatı çərşənbə axşamı Kamerunun paytaxtı Yaundedə prezident Pol Biya, baş nazir Filemon Yanq və müdafiə naziri Cozef Beti Assomo ilə görüşdən sonra açıqlayıb.

O deyib ki, rəsmilərlə görüşü zamanı onlara ABŞ-ın Boko Haram yaraqlı qrupunu məğlub etmək üçün Kamerunla tərəfdaşlıq edəcəyini bildirib. Qrup əsasən Kamerun, Nigeriya, Niger və Çadın sərhədlərinin kəsişdiyi Çad gölü hövzəsində əməliyyatlar keçirir.

Pauer Boko Haramın bir tək hərbi yolla deyil, bir çox frontdan məğlub edilməli olduğunu deyib.

Yaundeyə səfəri zamanı Pauer həmçinin qeyri-qanuni yolla satılan fil sümüyünün yandırılma mərasimində iştirak edib və Kamerunu fil sümüyü ilə qanunsuz ticarətə qarşı tutduğu mövqeyə görə alqışlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG