Accessibility links

Prezidentliyə namizədlərin seçilməsinə yardım edən əsas kimlərdir [Video]


Prezidentliyə namizədlərin seçilməsinə yardım edən əsas kimlərdir
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Prezidentliyə namizədlırin kampaniyalarını davam etdirə bilmələri üçün pula ehtiyacları olsa da, prezidentlik uğrunda yarışda qalib gəlmək üçün könüllülər və kampaniya işçiləri də bir o qədər vacibdir. Pərdə arxasında çalışan bu insanlar vətəndaşları səsvermə məntəqələrinə gedib səs verməyə təşviq edən insanlardır.

“Biz hər gecə gec saatlaradək məlumat toplayırıq, növbəti gün keçiriləcək tədbirləri planlaşdırırıq.”

Prezidentliyə demokrat namizəd Hillari Klinton
Prezidentliyə demokrat namizəd Hillari Klinton

Hillari Klinton tərəfdarı Tim Fan gündə 12 saat işləyir. O, kampaniyaya könüllülər cəlb etməyə çalışır ki, onlar insanların evlərinə gedib onlara telefonla zəng edib ingilis, koreya və ispan dillərində danışıb səs verməyə təşviq etsinlər.

Fan həmçinin könüllüləri cəlb etmək üçün müxtəlif tədbirlər təşkil edir.

Buradan bir neçə kilometrlik məsafədə isə Bernie Sanders kampaniyasının könüllüsü öz namizədi üçün işləyir.

Prezidentliyə Demokrat namizəd Berni Sanders
Prezidentliyə Demokrat namizəd Berni Sanders

“Bu işin ən yaxşı tərəfi özünü başqalarının yerinə qoya bilən, hər şeyi bir kənara bıraxıb bu inqilabın baş verməsi və bizim səsimizi eşitdirmək üçün əlindən gələni etməyə həvəsi olan insalara rast gəlməkdir.”

Ceremi Uayt film sənayesində işləyir və “Berni-nin Kafesi” adlanan yer üçün reklam çarxı hazırlayıb.

“Adətən insanlar bura gəlib bizdən qəhvə almaq istəyir, amma biz onlara burda qəhvə olmadığını deyirik və onları könüllü olmağa dəvət edirik.”

Potensial seçicilərə zəng etməkdən əlavə, buradakı Sanders tərəfdarları həm də maddi dəstək almaq üçün köynəklər satırlar.

Donald Trampın kampaniyası işçilərindən isə heç kəs müsahibə tələbinə cavab vermədiyi üçün Amerikanın Səsi mitinqdə iştirak edən Tramp tərəfdarlarını dindirib. Onların çoxu ağdərili olsa da, aralarında Trampı dəstəkləyən mühacirlər də olub.

Prezidentliyə Respublikaçı namizəd Donlad Tramp
Prezidentliyə Respublikaçı namizəd Donlad Tramp

“Məncə onun dedikləri incidici olsa da, dilə gətirilməlidir, çünki əsas olan amerikalıların təhlükəsizliyi, Amerikanın daha qüdrətli olmasıdır.”

“Bizim çox sayda prezidentimiz olub. Onların arasında kino ulduzu, general, qubernator, senator olanlar olub, amma heç vaxt milyarder olmayıb. Mən isə istəyirəm ki, biz yeni bir şeyi təcrübədən keçirək.”

Kampaniya işçilərinin fərqli namizədləri dəstəkləməsinə baxmayaraq, onların hər birinin razılaşdığı bir məqam da odur ki, tək bir səs fərq yarada bilər.”

XS
SM
MD
LG