Accessibility links

Kamran Əliyev: 200 nəfər barədə 100 cinayət işi məmurlarla bağlıdır [Video-Müsahibə]


Kamran Əliyev: 200 nəfər barədə 100 cinayət işi məmurlarla bağlıdır
please wait

No media source currently available

0:00 0:07:28 0:00

Kamran Əliyev: 200 nəfər barədə 100 cinayət işi məmurlarla bağlıdır

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisinin Amerikanın Səsinə müsahibəsi

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev Amerikanın Səsinə müsahibəsində ölkədə korrupsiyaya qarşı aparılan hüquqi mübarizə, cinayət təqibi və mediada çap olunan korrupsiya faktları ilə bağlı məqalələr üzrə araşdırma aparılıb-aparılmaması barədə suallara cavab verib.

Sual: Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı cinayət təqibi nə yerdədir? Bu il nə qədər cinayət təqibi olub?

Cinayət təqibi ilə bağlı 2013-cü ilin birinci yarısında 265 cinayət işi üzrə ibtidai istintaqın aparılması həyata keçirilib.
Cavab: Azərbaycan Respublikasında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən siyasi kursa uyğun olaraq daim korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilib. Bu həm qabaqlayıcı, həm də cinayət təqibinin həyata keçirilməsidir.

Cinayət təqibi ilə bağlı 2013-cü ilin birinci yarısında 265 cinayət işi üzrə ibtidai istintaqın aparılması həyata keçirilib. Həmin işlərdən 100 cinayət işi üzrə 200 nəfər barəsində işlər yekunlaşaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Yerdə qalan işlər üzrə hazırda cinayət işlər davam etdirilir.

Sual: Cinayətlərin spektri necədir, hansı sahələri əhatə edir?

Cavab: Cinayətlərin spektri müxtəlifdir. Demək olar ki, cəmiyyətin bu və ya digər sahələrini əhatə edir. Bayaq qeyd
Cinayətlərin spektri müxtəlifdir.
etdiyim kimi özəl sahədə kifayət qədər cinayət işləri istintaq olunub və digər sahələr üzrə, - bank və bank olmayan kredit təşkilatlarının fəaliyyəti, təhsil, səhiyyə, ekologiya və təbii sərvətlər nazirliyi, sosial yardımların verilməsi və başqa bütün sahələri əhatə edir.

Hər bir qurumun rəhbəri, daxili nəzarət qurumu tərəfindən də belə hallar araşdırılır bizə göndərilir və hüquqi qiymət verilir.

Sual: Məmurlara qarşı cinayət işləri nə yerdədir? Nə qədər məmura qarşı cinayət işi qaldırılıb?

Cavab: Bayaq qeyd etdiyim 200 nəfər barədə 100 cinayət işi əsasən məmurlarla bağlıdır. Yəni bu 200 nəfər barədə cinayət işləri əsasən müxtəlif səviyyəli dövlət məmurları barədədir.
Yəni ASAN Xidmət Mərkəzinin fəaliyyəti buna xüsusi əyani misaldır.
Bəzən elə hallar olur ki, vətəndaş məmurlarla cinayət əlaqəsinə girir, cinayət törədir. Bu halda təbii ki, dövlət məmuru olmayan şəxslər də korrupsiya cinayətləri ilə bağlı istintaq olunur. Məsələn, bu il bir cinayət işində rüşvəti verən şəxs məmur deyildi. Təbii ki, bu korrupsiya cinayətidir.

Sual: İctimai rəydə ən çox narazılıq məhkəmə qərarları, məhkəmə icraları, əmlakın qeydiyyatı və başqa sahələrlə bağlıdır. Bu sahələrdə cinayət faktları aşkarlanıbmı? Korrupsiya faktları ilə bağlı bu sahələrdə hansı işlər görülüb?

Cavab: Bir cinayət işi məhkəmə icra məmuru barədə istintaq olunub. Daha bir iş Əmlak Komitəsinin dövlət reyestri xidmətinin regional idarəsinin rəisi barədə olub. Belə hallar olub, istintaq olunub məhkəmələrə göndərilib. Xüsusi qeyd etmək istəyirəm ki, əgər məhkəmələrdə icra məmurlarının
Biz korrupsiyaya qarşı mübarizəni ancaq qanunvericilikdə nəzərdə tutulmuş üsul və vasitələrlə, forma və metodlarla aparırıq.
hərəkətlərində belə hallar olursa Ədliyyə Nazirliyinin müvafiq qurumları tərəfindən araşdırılır, təsdiqini tapan hallarda prokurorluğa müraciət edilir. Bayaq dediyim bir icra məmuru barədə iş Ədliyyə Nazirliyinin göndərdiyi materiallar əsasında araşdırılıb.

Sual: Sizin araşdırmalara görə, Azərbaycanda korrupsiya faktları hansı istiqamətlər üzrə daha çoxdur? Qanunvericilikdəki boşluqlarla bağlıdır, vəzifə səhlənkarlığıdır, yoxsa məişət səviyyəsində korrupsiyadır.

Cavab: Bu və ya digər formada korrupsiya halları baş verir. Qanunvericilik daim tərəfimizdən təhlil edilir, müvafiq təkliflər verilir. Məişət korrupsiyası sahəsində də azalmalar müşahidə olunur. Yəni ASAN Xidmət Mərkəzinin fəaliyyəti buna xüsusi əyani misaldır.

Sual: Beynəlxalq və yerli mediada dərc edilən məqalələrə görə, Azərbaycanda daha çox rüşvət və korrupsiya faktları yüksək vəzifəli dövlət məmurları ilə bağlıdır. Sizin münasibətiniz? Bu sahədə faktlar müəyyən edibsinizmi?

Cavab: Hər bir mediada, xüsusən də beynəlxalq mediada gedən məlumatlar əsaslandırılmış olmalı və faktlarla olmalıdır. Cinayət-Prosessual Məcəlləsi var, Azərbaycan Baş Prokurorluğu və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi öz gündəlik fəaliyyətində ancaq prosessual qanunvericiliyi rəhbər tutur. Biz korrupsiyaya qarşı mübarizəni ancaq qanunvericilikdə nəzərdə tutulmuş üsul və vasitələrlə, forma və metodlarla aparırıq. Buna uyğun olmayan hər hansı üsul və vasitələrdən tərəfimizdən istifadə edilmir.

Sual: Amma, bununla yanaşı mediada daha çox faktlara istinad edilir. Deyək ki, müxtəlif ofşor zonalardakı hesablar, müxtəlif vergidən yayınmalar, şirkətlərin qanunsuz olaraq qeydiyyatdan keçirilməsi ünvanları ilə bağlı faktlar deyirlər. Və yaxud Azərbaycan məmurlarına rüşvət verilməsi ilə bağlı faktlar. Yəni beynəlxalq qalmaqallar. Bununla bağlı Nyu-York prokurorluğunda, məhkəməsində cinayət işi var, Avstriyada belə bir hadisə qeydə alınıb. Bunların araşdırılması nə yerdədir?

Cavab: Hesab edirəm ki, Azərbaycan Respublikasında hər
Bu yazılar siyasi sifarişlər əsasında dərc olunur. Belə araşdırma varsa rəsmi qaydada Azərbaycan prokurorluğuna müraciət ola bilər.
sahədə gedən iqtisadi inkişaf, ölkə başçısı cənab İlham Əliyevin siyasi rəhbərliyi ilə həyata keçirilən islahatlar, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində atılan addımlar, beynəlxalq qurumlar tərəfindən alqışlanan bu addımlar təəssüf ki, bəzi şəxslərin, bəzi mərkəzlərin qıcıqlanmasına səbəb olur. Bəzi mətbuatda gedən məqalələri bununla əlaqələndirirəm. Bu yazılar siyasi sifarişlər əsasında dərc olunur. Belə araşdırma varsa rəsmi qaydada Azərbaycan prokurorluğuna müraciət ola bilər. Belə bir müraciətlər yoxdur. Hesab edirəm ki, bunların hamısı bəzi qrup şəxslərin uydurmalarından başqa bir şey deyildir.

Sual: Sizin idarənin araşdırmalarında elə faktlar var ki, eyni qurumun ondan çox yerli şöbələrinin rəhbərləri, vəzifəli şəxsləri korrupsiya faktı üzrə həbs edilib və ya cinayət məsuliyyətinə cəlb edilib. Amma, həmin qurumların mərkəzi idarələrində belə araşdırmalarla bağlı faktlar məlum deyil. Yəni 10-15 yerli idarə belə faktlarla məşğuldursa, cinayət işləri varsa, bu “rüşvət nərdivanı” demək deyilmi?

Belə hallar olarsa, tam əmin ola bilərsiniz, belə şəxsləri məsuliyyətə cəlb etmişik.
Cavab: Bəli, idarə tərəfindən müxtəlif sahələrdə belə cinayətkar şəbəkələr müəyyən edilib, məsuliyyətə cəlb edilib. Bayaq qeyd etdiyim kimi, mən bunu dəfələrlə demişəm, hər hansı bir şəxsi məsuliyyətə cəlb etmək üçün bizdə kifayət qədər dəlillər, sübutlar və qanunla müəyyən edilmiş qaydada əldə edilmiş sübutlar və dəlillər olmalıdır. Belə hallar olarsa, tam əmin ola bilərsiniz, belə şəxsləri məsuliyyətə cəlb etmişik.
XS
SM
MD
LG