Accessibility links

Stefen Harper: Terrorçular bizi qorxuda bilməz


Kanadada dünən bir silahlı şəxsin Ottava şəhərində bir əsgəri öldürməsindən sonra Parlament binasına hücum etməyə cəhd göstərərkən təhlükəsizlik qüvvələri tərəfindən zərərləşdirilib. Baş nazir bildirib ki, ölkəsi heç bir zaman terroristlər tərəfindən təhdid edilə bilməz.

Televiziya ilə çıxışı zamanı Stefen Harper bildirib ki, çərşənbə günü baş vermiş hücum və bir əsgərin öldürülməsi bizim üçün acı xəbərdarlıqdır ki, Kanadada terrorismə yer verilməyəcək.

Kanada Milli Müharibə memorialı yaxınlığında keşik çəkən, ehtiyatda olan zabit Neytan Sirillonun öldürülməsindən sonra Parlament binasının ətrafında silah səsləri eşidilib.

Polis rəsmiləri bildirib ki, cinayətkar 32 yaşlı Maykl Zehaf-Bibo Parlament binasının həyətində güllə ilə vurularaq öldürülüb.

Hadisə iki gün əvvəl İslamı qəbul etmiş bir şəxsin avtomobilini iki Kanada əsgərinin üzərinə sürərək, onlardan birini öldürməsindən sonra baş verib.

ABŞ prezidenti Barak Obama baş nazir Stefen Harperə zəng edərək hər iki ölkənin terrorismlə mübarizə aparan orqanlarının bir yerdə işləməsinin vacibliyini vurğulayıb.

Obama Kanada qüvvələrinə qarşı hücumu pisləyərək, Kanadaya yardım göstərməyə hazır olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG