Accessibility links

Kanadada terrorizm ittihamı ilə iki qardaş həbs edilib. Polisin bəyanatında bildirilib ki, 24 yaşlı əkiz qardaşlar-Eşton Karleton və Karlos Larmond milli təhlükəsizlik cinayətləri üzrə istintaq nəticəsində nəzarət altına alınıb.

Eşton terror fəaliyyətlərinə imkan yaradılması, Karlos isə Kanada xaricində terror fəaliyyətlərinə görə ittiham edilir.

Karlos Montrealın beynəlxalq hava limanı, Eşton isə Ottavada həbs edilib.

Oktyabr ayında Kanadada terror hücumları zamanı iki əsgər qətlə yetirilib.

XS
SM
MD
LG