Accessibility links

Kanada tunisli oliqarxı müvəqqəti hökumətə təhvil verəcək


Tunisli vətəndaş devrilmiş prezidentin ailəsinə məxsus sarayda lampanı nəzərdən keçirir

Tunisli vətəndaş devrilmiş prezidentin ailəsinə məxsus sarayda lampanı nəzərdən keçirir

Kanada rəsmiləri Tunisin devrilmiş prezidenti Zine el Abdinin milyarder qayınını Tunis hökumətinə təhvil verməyi planlaşdırırlar. Müvəqqəti Tunis hökuməti Belhassen Trabelsinin həbsi haqda çərşənbə günü order çıxarıb. Hökumət həmçinin Ben Əli və onun ailə üzvləri haqda həbs orderləri çıxarıb. Trabelsi Tunis hökumətindən pul oğurlamaqda günahlandırılır. O, yanvarın 20-də ailəsi ilə bərabər Montreala gəlib.

Ben Əlini hakimiyyətdən devirən nümayişçilər Tunis rəhbərinin ailə üzvlərinə qarşı qəzəblidirlər. Onlar prezident ölkədən qaçdıqdan az sonra Trabelsinin dəbdəbəli villasını qarət edərək yandırdılar. Tunislilər Ben Əlinin qohumlarını “Ailə” yaxud “Mafiya” adlandırırlar. Trabelsi ailə mafiyasının başçısı hesab olunurdu.

XS
SM
MD
LG