Accessibility links

Kanadada "Azərbaycan Zəlzələ Qurbanlarına Yardım Komitəsi" təsis olunub [Audio]


Komitənin təmsilçisi Kümərz Siddiqi Amerikanın Səsinə danışdı

“Təşkilatımız indiyədək İran Azərbaycanında zəlzələdən zərər çəkənlərə yardım məqsədilə $20,000 toplayıb,” deyə Torontoda qərargahlanan xeyriyyə təşkilatının təmsilçisi Kümərz Siddiqi Amerikanın Səsinin müxbiri İnsafəli Hidayətə bildirib.

Avqustun 11-də İran Azərbaycanında baş vermiş zəlzələdən dörd gün sonra həmin regiondan Kanadaya mühacirət etmiş diaspora nümayəndələri bir araya gələrək “Azerbaijan Earthquake Relief Committee” - yəni "Azərbaycan Zəlzələ Qurbanlarına Yardım Komitəsi" adlanan xeyriyyə təşkilatı təsis etdilər.

Kümərz Siddiqinin sözlərinə görə ilkin dönəmdə toplanılan ianənin İrana ötürlüməsində müəyyən hüquqi problemlərlə üzləşildi. Belə ki, Kanada da başqa Qərb qüdrətlərinə qoşularaq İslam Resublikasına tətbiq edilən iqtisadi sanksiyalarda iştirak edir. Lakin sonradan kiçik hissələrdə pulun zəlzələ bölgəsindəki adamlara çatdırılması təmin olundu.

Kümərz Siddiqi təşkilatıln öz xeyriyyəçiliyini davam etdirəcəyini və əlavə pul topamaq üçün elanlar veriləcəyini bildirdi. “Amacımız budur ki, bu qurumu qeyri-hökumət təşkilatına çevirərək onun daimi fəaliyyətini təmin edək,” cənab Siddiqi söylədi.

XS
SM
MD
LG