Accessibility links

Kanadada Alberta vilayətinin 90 faizi yanğınlardan xilas edilib


Kanadanın Alberta vilayətinin qubernatoru Reyçel Notli bildirib ki, kütləvi meşə yanğınlarının təsirinə məruz qalan Fort MakMurrey şəhərinin 90 faizindən çoxu xilas edilib.

İlkin məlumatlara görə, Notli və başqa rəsmiləri bütün şəhərin yandığını ehtimal edirdilər. Ancaq şəhər üzərindən əldə edilən görüntülər onların yanıldığını göstərib. Belə ki, bəzi məhəllələr külə dönsə də, şəhərin böyük bir hissəsi yanğından xilas ola bilib.

"Yanğınlara ilk müdaxilə edənlərin cəld və ağıllı addımları Fort MakMurreyin 90 faizindən çoxunu xilas edə bilib. Mənə verilən məlumata görə, 2400 tikini itirsək də, hospitallar, hökumət və məktəb binaları da daxil olmaqla 25 mindən çox strukturu xilas edə bilmişik" - deyə Notli bildirib.

Notlinin sözlərinə görə, insanların evləri geri dönməsi üçün planlaşdırmaya ən azı iki həftə sonra başlanacaq.

Rəsmilər deyir ki, dünən meşələrin bəzi hissəsində yanğınlar qeydə alınsa da, sərin hava və yağış alovun tez zamanda söndürülməsinə kömək edib.

Yanğınlar Albertada 160 min hektar ərazisini məhv edib. Alberta dünyada Səudiyyə Ərəbistanı və Venesueladan sonra neft ehtiyatlarına ev sahibliyi edən ən böyük 3-cü ərazidir. Ancaq ən son məlumatlara görə, yanğınların əsas neft emalı obyektlərinə çatmasının qarşısı alınıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG