Accessibility links

Britaniya ilə Fransanı birləşdirən tunel müvəqqəti fəaliyyətini dayandırıb


The entrance to the Channel Tunnel near Calais. in Coquelles, Saturday, Jan.17, 2015.

The entrance to the Channel Tunnel near Calais. in Coquelles, Saturday, Jan.17, 2015.

Yük maşınında yanğın Böyük Britaniya ilə Fransa arasındakı Kanal tunelindəki dəmir yolu fəaliyyətini dayandırıb.

Tunelə nəzarət edən Eurotunnel şirkəti bildirib ki, bu gün hərəkət tüstü səbəbilə dayandırılıb və tüstünün səbəbi araşdırılır. Polisin məlumatına görə, tüstüyə tunelin Fransa tərəfdə sonluğunda yük maşınındakı yanğın səbəb olub. Xəsarət alanların olmadığı bildirilib.

İngilis kanalının altı ilə fəaliyyət göstərən qatar xidmətini çalışdıran Eurostar şirkəti bildirib ki, tüstü tunelin şimal hissəsində qeydə alınıb.

Şirkət habelə bu gün heç bir qatarın fəaliyyət göstərməyəcəyini bildirib və sərnişinlərə səfərlərini təxirə salmağı, eləcə də, qatar dayanacaqlarına getməməyi məsləhət görüb.

Keçən həftə Fransada baş vermiş terror hücumundan sonra Avropa ölkələrində təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb.

XS
SM
MD
LG