Accessibility links

Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş generalı: Moskva Snouden üçün ən təhlükəsiz yerdir


Snowden
Snowden
Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş generalı Aleksey Kondaurov Los Angeles Times qəzetinə müsahibədə ABŞ-ın Milli Təhlükəsizlik Agentiyinin keçmiş kontraktoru Edvard Snoudenin Moskvada qaldığını ehtimal edib.

Onun sözlərinə görə, Snouden Ekvadora getsə, o, Cənubi Amerikaya yolda ABŞ tərəfindən ələ keçirilməsi riski ilə qarşılaşa bilər, eyni zamanda, o, Rusiya xüsusi xidmət orqanları üçün maraqlı görünür.

“Bu, bizim şəbəkəyə özü gəlib daxil olmuş bir ovdur və bizim xüsusi xidmət orqanlarının Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəsi olmuş amerikalı ilə danışmaq imkanını əldən verməyimiz ağlasığmaz olardı. Əminəm ki, o, təyyarənin amerikalılar tərəfindən enməyə məcbur ediləcəyindən qorxurdu, bu, onun üçün hər şeyin sonu olardı”- deyə Kondaurov Los Angeles Times qəzetinə müsahibədə bildirib.

Bundan əvvəl Moskvadan Havanaya uçuş üçün hava limanında qeydiyyatdan keçən Snoudenin təyyarəyə minmədiyi haqda məlumat verilmişdir.

Snouden Britaniyanın GuardianWashington Post qəzetlərinə gizli sənədlərlə bağlı məlumatların sızması ilə əlaqədar ABŞ-ın Ədliyyə nazirliyi tərəfindən axtarışdadır.

Keçmiş general Kondaurov əlavə edib ki, Moskva Snouden üçün ən təhlükəsiz yerdir, lakin o bunun əvəzini ödəməli və xüsusi xidmət orqanlarının suallarına cavab verməli olacaq.
XS
SM
MD
LG