Accessibility links

Kann kino-festivalı işinə başlayıb

  • Amerikanın səsi

Kann kino-festivalı işinə başlayıb

Kann kino-festivalı işinə başlayıb

İllik Kann kino-festivalı işinə başlayıb.Tədbir amerikalı rejissor Vudi Allenin "Midnight in Paris" ”Parisdə gecə yarısı” filmi ilə açıq elan edilib. Parisdə çəkilən romantik komediya gənc bir oğlanın incəsənət, tarix və həyatı kəşf etməsindən bəhs edir. İllik festivala təqdim edələn bu və digər filmlər aktyor Robert De Nironun rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Beynəlxaql kino ulduzları arasında Ancelini Yoli, Bred Pitt, Şan Penn, Penelopa Kruz, Mel Gibson, Conni Depp, Yılmaz Ərdoğan və digərləri yer alacaq.

İranın iki həbsə məhkum edilmiş kino-rejissoru, Cəfər Pənahi və Məhəmməd Rəsulofun filmləri Kann festivalında nümayiş etdiriləcək. Festivalın təşkilatçıları Pənahinin “Bu film deyil” adlı filminin may ayının 20-si, Rəsulofun “Görüşmək ümidi ilə” filminin may ayının 14-də ekranlara çıxacağını deyir. Dekabr ayında İran məhkəməsi İran islam rejimi əleyhinə təbliğat ittihamı ilə onların hər ikisinin altı il müddətinə azadlıqdan məhrum edilməsinə hökm verib. Kann rəsmiləri kino-filmləri necə əldə etdikləri barədə məlumat verməyib. Kann fevsivalı may ayının 11-dən 22-dək davam edəcək.

XS
SM
MD
LG