Accessibility links

Kantri ulduzu tornado vurmuş məktəbin şagirdləri üçün konsert verib


ABŞ kantri musiqi ustası Lady Antebellum məktəbləri tornado nəticəsində dağılmış şagirdlər üçün konsert verib.

Şagirdlər İndiana ştatının Henrivill qəsəbəsinin sakinləridir. Martın 2-də onların qəsəbəsində tornado baş vermişdi. Konsert yaxınlıqdakı Kentaki ştatının Luisvill qəsəbəsində təşkil olunub. Şagirdlərin özəl ifası bitdikdən sonra, qəsəbənin bərpasına həsr edilmiş xeyriyyə konserti başlayıb.

Ansambl üzvü Hillari Skott deyib ki, o, şagirdlərə unudulmaz xatirə bəxş etməkdən məmnunluq duyur.

Lady Antebellum onlayn müsabiqədə qalib çıxacaq məktəbin buraxılış gecəsində konsert vermək təklifi ilə çıxış etmişdi.

XS
SM
MD
LG