Accessibility links

Dünən gecə Missuri ştatının Kanzas şəhərində populyar restoranda baş vermiş güclü yanğından sonra azı bir nəfər itkin düşüb.

Alov Kanzas şəhərinin mərkəzindəki restoranın yaxınlığında yerləşən yüksək səviyyəli mağaza və restoranlar olan bir neçə kvartala da yayılıb.

Rəsmilər yanğında təxminən 14 nəfərin xəsarət aldığını deyib. Partlayışın dəqiq səbəbi məlum deyil. Lakin yerli kommunal xidmət nümayəndələri yanğına yerin altında işləyən podratçının təbii qaz xəttini zədələməsinin səbəb olduğunu ehtimal edir.

Restoran və yaxınlıqda yerləşən biznes işçiləri partlayışdan az əvvəl qaz iyinin gəldiyini və sonra kommunal xidmət işçilərinin insanları ərazidən evakuasiya etməyə çağırdıqlarını deyib.
XS
SM
MD
LG