Accessibility links

Ünvanlı yardımda 358 min manat israfçılıq


Rüşvət
Rüşvət

İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinə qarşı cinayət işi başlanıb

İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuzluqlara yol verməsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan materiallar əsasında apardığı araşdırmalar zamanı mərkəzin vəzifəli şəxslərinin 358 min 866 manat məbləğində ünvanlı dövlət sosial yardımını qanunsuz olaraq artıq hesablayıb vətəndaşlara ödəməklə israf etmələrində şübhələr olduğunu müəyyən edib.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG