Accessibility links

Kapitolinin həyətinə vertolyot endirən şəxs həbs edilib


Hadisədən sonra binanın ətrafındakı ərazi ictimaiyyətə bağlanıb

ABŞ-ın cənubi Florida ştatından 61-yaşlı poçtalyon bir nəfərlik vertolyotu qanunsuz şəkildə Vaşinqtonda ABŞ Kapitolisinin həyətinə endirdiyi üçün həbs edilib.

Kapitolini ziyarət edən turistlər binadan bir neçə yüz metr aralıda vertolyotu görmələrinə təəcübləniblər.

Polis dərhal Kapitolinin ətrafını ictimaiyyətə bağlayıb. İtlər və robot detektorları isə vertolyotda mümkün partlayıcı maddələr axtarıb.

The Tampa Bay Times qəzeti pilotun Doq Hyu olduğunu müəyyənləşdirib. Qəzet onun maliyyə islahatına diqqətlərini çəkmək üçün Konqresin 535 üzvünə məktub çatdırmaq istədiyini bildirib.

Times bildirib ki, Xüsusi Xidmətə Hyunun Vaşinqtona uçacağı barədə xəbərdarlıq edilib. Xüsusi Xidmət agenti onu evində sorğu-sual edib, lakin heç bir tədbir görməyib.

Qəzet bildirib ki, Hyu agentə intihara və ya zorakılığa meyilli olmadığını və vertolotunu heç bir hökümət binasına vurmayacağını deyib.

Vaşinqtonun hava sahəsi təhlükəsizlik səbəblərindən son dərəcə məhdudlaşdırılıb. Qadağan edilmiş zonaya daxil olan təyyarələrin vurulma ehtimalı var.

Kapitoli polisi, Xüsusi Xidmət və Milli Təhlükəsizlik Nazirliyi insidentlə bağlı şərh bildirməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG