Accessibility links

Bosniya serblərinin keçmiş lideri Radovan Karaciç Haaqa məhkəməsində yekun nitqində 1990-cı illərdə Bosniya müharibəsi zamanı yanlış hərəkətə yol vermədiyini deyərək, yalnız mənəvi məsuliyyət daşıdığını etiraf edib.

Karaciç 1995-ci ildə 8 min müsəlman kişi və oğlanın general Ratko Mladiçin komandanlıq etdiyi serb hərbi qüvvələr tərəfindən qətlə yetirildiyi Srebrenitsada soyqırım da daxil olmaqla, 11 maddə üzrə məhkum edilib.

Karaciç BMT prokurorlarının onun Bosniya müharibəsində zorakılıqlarda əli olduğuna dair heç bir dəlilə malik olmadığına təkid edərək, onları bütün serb xalqını ittiham etməkdə günahlandırıb.

Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsində 874 səhifədən ibarət yazılı bəyanatda Karaciç o zaman Srebtrenitsada qətllərdən xəbəri olmadığını deyib.

Özünə bəraət qazandırmağa çalışan Karaciç Bosniya müsəlmanlarının “həqiqi dostu” olduğunu deyib.

Prokurorlar Karaciçin 100 min insanın ölümülə nəticələnmiş Bosniya müharibəsi zamanı genosid və başqa cinayətlərdə günahkar tanındığı halda, ona ömürlük həbs cəzasının verilməsinə çalışır. Məhkəmənin hökmü 2015-ci ildə çıxaracağı gözlənilir.

Karaciçin əsas məsuliyyətlərindən biri Haaqa məhkəməsində genosid ittihamı ilə qarşılaşmış general Mladiçin başçılıq etdiyi orduya nəzarət etməkdən ibarət idi.

XS
SM
MD
LG