Accessibility links

Zəvvarlar hücuma məruz qalıb


İraqın cənub bölgəsində bomba partlayışı 20 adamın ölümünə səbəb olub. Polisin bildirdiyinə görə, hücum Musayyib şəhərində şiələr Kərbəla mərasimindən dönərkən baş verib.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Bu gün yeddinci əsrdə Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin ölümünü yad etmək üçün keçirilən 40 günlük yas mərasiminin son günü minlərlə iraqlı şiə müsəlmanı müqəddəs Kərbəla şəhərində cəmləşib.

Zəvvarlar Bağdad və İraqın digər vilayətlərdən 80 kilometr məsafəni qət edərək təhlükəsizlik qüvvələrinin nəzarəti altında Ərbain mərasimində iştirak etmək üçün Kərbəlaya səfər edib.

Dünən axşam bir qrup zəvvara yaxın yerdə avtomobilə yerləşdirilmiş bomba partlayışı nəticəsində iki nəfər həlak olub.

Bundan əvvəl də mərasimində iştirak etmək üçün gələn şiə zəvvarlara qarşı hücumlar həyata keçirilib.

İmam Hüseynin ölümü müsəlmanları iki hissəyə, şiə və sünnilərə ayırıb.
XS
SM
MD
LG