Accessibility links

Ümumdünya Meteorologiya Təşkilatı karbon dioksid qazlarının atmosferdəki səviyyəsinin artdığını bildirir. Qurum CO2 maddəsinin son illər rekord səviyyəyə yüksəldiyi barədə xəbərdarlıqla çıxış edir.

Təşkilatın hesabatında bildirilir ki, son 30 il ərzində karbon dioksidin səviyyəsi bu qədər yüksək olmayıb. Bundan əlavə metan və azotlu oksidin də artdığı vurğulanıb.

Ümumdünya Meteorologiya Təşkilatının direktoru Mişel Carraudun bildirdiyinə görə, CO2-nin 80 faiz artımı 1990-2013-cü illər ərzində qazın 34 faiz artmasının göstəricisidir.

“Narahatlıq doğuran faktorlardan biri CO2-nin armosferdə uzun müddət qalmasıdır. Əgər sabah emissiya qazları tullantıları dayandırılsa belə bu qaz yüz min illərlə atmosferdə qalacaq.”

Carraud deyir ki, atmosferin çirklənməsinin 25 faizi insan fəlaiyyətinin nəticəsidir. Bunların 25 faizi okeanlardan, 25 faiz biosferdən, qalanları isə atmosferdən qaynaqlanır. O, CO2-nin keçmiş, hazırkı an və gələcəkdə qlobal istiləşməyə və okeanlarda turşuluğun artmasına yol açdığını deyir.

Ümumdünya Meteorologiya Təşkilatının direktoru vaxtın bəşərəyyətin əleyhinə işlədiyini bildirir.

“Konsentrasiya yüksək həddə çatır. Iqlim dəyişikliyinə mane olunması üçün ciddi ölçülərə ehtiyac var. Həlli mümkün olmayan və çox hallarda baha başa gələcək halların qarşısı alınmalıdır.”

İqlim dəyişməsi ilə havalar ekstrimləşə bilər. Lakin Carraud hələ də ölçülər götürülməsinin gec olmadığını deyir.

XS
SM
MD
LG