Accessibility links

Elm

Karbon dioksidlə mübarizə [Video]


Bərpa olunan enerji mənbələrinin inkişafında əldə olunan davamlı irəliləyişlərə baxmayaraq, ən ucuz enerji kömür, neft və təbii qaz kimi mədən yanacaqlarından əldə olunur.

Lakin mədən yanacaqlarının yandırılanda havaya karbon dioksid buraxması ilə alimlər qazın atmosferə keçməsinin qarşısını almağın ən ucuz və səmərəli yollarını axtarır.

Norveçin Mongstad şəhərində yerləşən Texnologiya Mərkəzi (qısaca TCM) dünyanın sənaye miqyasında yeni texnologiyaları sınaqdan keçirən ən böyük təsisatdır.

Mərkəzin sədri Tori Amundsen deyir ki, 2012-ci ildən bəri, 1 milyard dəyərindəki zavod dəyərli məlumatlar əldə edib.

Tori Amundsen: “Biz materialların seçimi, bu modellər sayəsində təkmilləşdirilən modellərin dizaynı, və bu böyük təsisatın fəaliyyəti barədə çox şey öyrəndik.”

Amundesn sözlərinə görə, elektrik stansiyalarından karbon dioksid toplayan zavodlar barədə öyrəniləcək daha çox şey var.

Tori Amundsen: “Bunu işə salmaq, müxtəlif modellərdə işlətmək, söndürmək kimi xırda şeyləri örənməliyik, çünki biz daha öncə bunları sınamamışıq.”

TCM yaxxınlıqdakı müxtəlif kimyəvi həlledicilərlə emal edilmiş işlənmiş tüstülərin qaynağı olan elektrik stansiyasına bağlıdır.

Tori Amundsen: “Həlledicilər işlənmiş tüstüdə mövcud olan karbon dioksid molekullarını cəlb edir, sonra isə biz karbon dioksidli molekulları qaynadırıq ki, karbon dioksidi həlledicidən ayıraq. Daha sonra yenə həlledicidən istifadə edərək daha çox karbon dioksid ayırırıq.”

Məqsəd karbon dioksidin 90 faizini tutub saxlamaqdır. Amundesn isə prosesin hələ də bahalı olduğunu deyir.

Tori Amundsen: “Bu texnologiya elektrik stansiyasında tətbiq edildiyi zaman elektrikin qiyməti təxminən 30-40 faiz artacaq.”

Yığılan qızı saxlamağın ən asan yolu neft və ya qaz çıxarılandan sonra yerin altında əmələ gələn boşluqlra yığmaqdır, belə ki, qaz orada əbədi qala bilər.

Lakin maraqlısı bundadır ki, Mongstad Texnologiya Mərkəzi topladığı karbon dioksidi yerin altına yığmır. Əvəzinə qazı atmosferə buraxır.

Amundsen bildirir ki, texnologiya hələlik təkcə yüksək səviyyədə inkişaf etmiş ölkələr üçün əlverişlidir. İndiyədək sadəcə Kanadada zərərli qazları yerin altına göndərən böyük kömürlə işləyən elektrik stansiyası var. Digər ölkələrdə də bunabənzər obyektlər inşa edilir.

XS
SM
MD
LG