Accessibility links

Güneylilər Türkiyə və Azərbaycandakı seçkiləri necə izlədi? [Audio-Müsahibə]


Amerikanın Səsi ilə söhbətdə noyabrın 1-də Türkiyə və Azərbaycan Respublikasında keçirilən seçkilərin nəticəsini şərh edən Kərim Əsgəri bölgə üçün önəm daşıyan Türkiyə seçkilərini güneyli fəalların daha yaxından izlədiyini bildirib. Kərim Əsgərinin sözlərinə görə, “Azərbaycanda da önəmli seçkilər var idi. Yeni Azərbaycan Partiyası yenidən seçkiləri qazandı. Fəqət, Azərbaycanda muxalif partiyalar birinci mərhələdə yox, ikinci mərhələdə seçkiləri boykot etdilər, qatılmadılar. Buna görə də, seçimlərə qatılanların sayı aşağı oldu.”

Kərim Əsgəri Azərbaycan və Türkiyə seçkilərini şərh edir
please wait

No media source currently available

0:00 0:18:42 0:00

O, Türkiyədəki seçkilərin daha çox aktiv olduğuna görə Azərbaycandakının kölgədə qaldığını söyləyir.

Türkiyə ən önəmli ölkələrdən biridir və güneylilər üçün də bir model ölkədir. Buna görə də bizim güneyli fəalların diqqət mərkəzində Azərbaycandan çox Türkiyədəki seçkiləri oldu. Bu seçkilərlə bağlı yazılar və yorumlar yazırdılar.

Əsgəri 7 iyun seçkilərinin əksinə Türkiyənin hakim partiyasının noyabrın 1-də parlamentin əksəriyyətini formalaşdıra bilməsinin əhalinin iqtisadi və siyasi sabitliyə verdiyi önəmlə əlaqədar olduğunu vurğulayır:

“Ərdoğan 7 iyun seçkiləri zamanı başqanlıq/prezidentlik sistemini çox gündəmə gətirdi, amma noyabr seçkilərində bu, daha az oldu... Əmniyyətsizlik, iqtisadi sıxıntılar, Türk Lirəsinin dəyərinin düşməsi və cumhur başqanının öncəki seçimlərdəki kimi mövqeyini açıq şəkildə ortaya qoymaması AKP-nin iqtidarı qazanmasına səbəb oldu.”

Türkiyədə beynəlxalq münasibətlər üzrə təhsil alan güneyli fəal son seçkilərin nəticəsinin bölgədə ciddi dəyişikliklərə səbəb ola biləcəyini önə çəkərək İran Azərbaycanında türk fəalların da Türkiyədəki siyasi prosesləri diqqətlə izlədiyini söyləyir.

Azərbaycanda parlament seçkiləri müxalifət tərəfindən əsasən boykot edildi.
Azərbaycanda parlament seçkiləri müxalifət tərəfindən əsasən boykot edildi.

Təhlilçilərin dediklərinə görə, bu seçkilərin nəticəsi həm Türkiyənin daxilində, həm də bölgədəki ölkələrdə ciddi dəyişikliklərə səbəb ola bilər. “Türkiyə ən önəmli ölkələrdən biridir və güneylilər üçün də bir model ölkədir. Buna görə də bizim güneyli fəalların diqqət mərkəzində Azərbaycandan çox Türkiyədəki seçkilər oldu. Bu seçkilərlə bağlı yazılar və yorumlar yazırdılar,” deyə o bildirir.

Kərim Əsgərinin fikrincə, “Türkiyədəki seçkilər güneylilər üçün bir demokratiya imtahanı və ya bir siyasi mübarizə yöntəmini öyrənmək üçün fürsətdir.

Təhlilçi həmçinin Azərbaycan Respublikası toplumunun da ciddi şəkildə Türkiyədən təsir aldığını bildirir.

“Türkiyə bir çox insan üçün bir örnək ölkədir. Buraya gəlmək, burada təhsil almaq istəyirlər. Türkiyədəki demokratiyanın bənzərini, ya idari sistemin rahatlığını Azərbaycanda da görmək istəyirlər,” deyə Əsgəri əlavə edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG