Accessibility links

Sanksiyaların ləğvi ilə İran-Qərb münasibətləri normallaşacaqmı? [Audio-Müsahibə]


Kərim Əsgəri

Kərim Əsgəri

Beynəlxalq münasibətlər üzrə eksperti Kərim Əsgəri Amerikanın Səsi ilə söhbətdə beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra İranın Qərb və qonşu ölkələrlə münasibətləri, eləcə də ölkə daxilində iqtisadiyyat, siyasət və insan haqları üzrə durumun hansı istiqamətdə dəyişəcəyi haqda düşüncələrini paylaşıb. Sanksiyaların İranın iqtisadiyyat və sənayesinə vurduğu zərbəyə işarə edən Əsgərinin dediklərinə görə, sanksiyaların aradan qaldırılması İran üçün dəyərli bir fürsətdir. Belə ki, illər boyu tətbiq edilən qadağaların effekti İran üçün dağıdıcı olub.

Onun fikrincə nüvə razılaşmasının sanksiyaların aradan qaldırılması ilə nəticələnməsi İran İslam Respublikası üçün həm siyasi həm də iqtisadi baxımdan bir irəliləmə sayılır:

İnsan haqları pozuntuları davam edir, və qeyri-farslarla əlaqəli şərtlərin dəyişməyəcəyini indidən söyləmək mümkündür.

“Nüvə proqramı ilə əlaqədar sanksiyaların götürülməsi İran üçün, həm siyasi prestij olaraq həm də iqtisadi açıdan bir gəlişmədir. Qərb ölkələri İrana bir şans tanımaq istəyiblər, amma, nəzərə alanda ki, İranda əsas güc prezidentdə deyil, Tehranın verdiyi vədlərə nə dərəcədə əməl edə biləcəyini zaman göstərəcək.”

Əsgəri İranın beynəlxalq öhdəliklərini yerinə yetirməkdə keçmiş göstəricilərinin yaxşı olmadığını deyir: “Bu, asan məsələ deyil. Sanksiyaların götürülməsi ilə İran və ABŞ arasında əlaqələrin normallaşmağa doğru gedəcəyini indidən söyləmək mümkün deyil... İran göstərib ki, çox zaman verdiyi sözləri tutmur. Çünki, İranda qərar verən qüvvələr fərqlidir. Prezident Həsən Ruhani bu gün bir şey deyir, və sabah Ayətulla Xamneyi gəlir, fərqli danışır. Mən bu məsələdə optimist deyiləm.”

İranda əsas söz sahibi sayılan Seyyid Əli Xamneyi mühafizəkar və qatı anti-Qərb mövqeyi ilə tanınır.

İranda əsas söz sahibi sayılan Seyyid Əli Xamneyi mühafizəkar və qatı anti-Qərb mövqeyi ilə tanınır.

Türkiyədə beynəlxalq münasibətlər üzrə təhsil alan güneyli fəal yeni vəziyyətin İran daxilində islahatçılar və mühafizəkarlar arasındakı rəqabət üzərində buraxacağı təsiri dəyərləndirib:

Bu sanksiyaların götürülməsi ilə İran və ABŞ arasında əlaqələrin normallaşacağını indidən söyləmək mümkün deyil. İran göstərib ki, verdiyi sözləri tutmur.

“İranda demokratik forumlar yoxdur ki, hakimiyyət xaricində ciddi şəkildə bir müxalifət olsun. İran ideoloji bir dövlətdir və müxalifətin olmasına icazə vermir... Amma, bir tərəfdən Ruhani və Haşemiyə yaxın cərəyan, bir də özlərini Xamneyiyə bağlı bilənlər arasında bir rəqabət var. Sanksiyaların götürülməsi Ruhani tərəfinin xeyrinə bir təzyiq vasitəsi ola ola bilər, amma mühafizəkarların da ciddi üstünlükləri var,” deyə o bildirir.

Kərim Əsgəri İran-Qərb yaxınlaşması, yaxud sanksiyaların aradan qaldırılmasının ölkə daxilində siyasi atmosfer ya insan haqları durumunun yaxşılaşmasına yol verəcəyi anlamına gəlmədiyini ifadə edir. “İnsan haqları pozuntuları davam edir və özəlliklə qeyri-farslar ilə əlaqəli şərtlərin dəyişməyəcəyini indidən söyləmək mümkündür.”

XS
SM
MD
LG