Accessibility links

İslam Kərimov: "Anam yaşayır"


Keçmiş Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın ölümü barədə məlumatlar şayiədir.

Bunu Gülnarənin 23 yaşlı oğlu İslam Kərimov deyib. İslam hazırda Londonda yaşayır.

Onun sözlərinə görə, anası sağdır, amma hələ də ev dustaqlığındadır. İslam Kərimov bunu AzadlıqRadiosunun Özbəkistan xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bacısı İman Kərimova ev dustaqlığından azad edilib, amma ölkədən çıxmasına qadağa qoyulub.

KİV-lər bundan əvvəl Daşkəntdəki mənbələ istinadla Gülnarə Kərimovanın ölümü barədə məlumat yaymışdılar. Məlumatlara görə, o, zəhərlənərək öldürüb və gizlicə dəfn edilib. Tvitterdə “Gülnarəni göstərin” adlı hesab peyda olub.

Jurnalistlər və beynəlxalq ictimaiyyətin nümayəndələri orada Gülnarənin ölümünə sübut və ya onun ictimaiyyətə göstərilməsini tələb edir. Gülnarə Kərimova 2014-cü ilin fevralından ev dustağıdır.

İsveçrədə yaşadığı dövrdə bir sıra iri beynəlxalq şirkətlərlə korrupsiya qalmaqalında adı hallanırdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG