Accessibility links

Polşa minnesotalı şəxsin həbs və ekstradisiyasını tələb edir


Polşa Associated Press tərəfindən nasist adlandırılan minnesotalı şəxsin həbs və ekstradisiyasını tələb edir. O, İkinci Dünya Müharibəsi zamanı 44 mülki vətəndaşın qətlində ittiham edilir.

Associated Press-in məlumatında 98 yaşlı Maykl Karkoçun nasistlərin başçılıq etdiyi Ukraynanın özünümüdafiə legionunun komandiri olduğu bildirilir. Karkoç əsgərlərinə Polşada kənd sakinlərinin kütləvi şəkildə qətlinə göstəriş verib.

Polşa rəsmiləri Karkoçun axtardıqları şəxs olduğundan əminliklərini ifadə edib.

Associated Press bildirir ki, Karkoç ABŞ-ın mühacirət rəsmilərini aldadaraq Minnesotada yerləşib.

Karkoçun ailə isə ittihamları əsassız adlandırır.

Lakin AP dəlillərin Karkoçun əsgərləri və onun müharibə dövründə ukrayna dilində yazdığı gündəliyindən əldə edildiyini bildirir.

Karkoça 2015-ci ildə Alzaymer xəstəliyi diaqnozu qoyulduqdan sonra ona qarşı ittihamlar ləğv edilmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG