Accessibility links

“Karlson, Peppi və Emil” Azərbaycan dilində çap olunub


“Karlson, Peppi və Emil” Azərbaycan dilində
“Karlson, Peppi və Emil” Azərbaycan dilində

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən məcburi köçkün şəhərciyində məşhur yasıçı Astrid Lindqrenin Azərbaycan dilinə tərcümə edilmiş əsərlərinin təqdimatı olub. Bu barədə İsveçin Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Kitabların tərcümə və nəşr hüququ “Əli və Nino” Nəşriyyat Evinə məxsusdur. Nəşriyyat Evi Lindqrenin 3 məşhur qəhrəmanı - Karlson, Peppi və Emil haqqında Azərbaycan dilinə tərcümə etdiyi 9 kitabını çap edib.

İsveç səfirliyi, Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, ”Əli və Nino” nəşriyyatının birgə sosial layihəsinin sponsoru TeliaSonera/Azercell şirkətidir.

Azərbaycanın bütün bölgələrini əhatə edən layihə çərçivəsində 610 qaçqın və məcburi köçkün məktəbinin hər birinə A. Lindqrenin 9 ədəd kitabı hədiyyə ediləcək.

Layihə müəllifləri bu aksiyanın qaçqın və məcburi köçkün ailələrindən olan azərbaycanlı uşaqlar arasında oxumaq həvəsini stimullaşdıracağı qənaətindədir.

Səfirlik hesab edir ki, bu layihə İsveçdə Azərbaycanın qaçqın və məcburi köçkünlərinin vəziyyəti haqqında geniş məlumatın yayılmasına kömək edəcək.

“Uşaq ədəbiyyatı üzrə İsveç və azərbaycanlı mütəxəssislər arasında müzakirələrin aparılması, qarşılıqlı maraq kəsb edən layihələrin həyata keçirilməsi Azərbaycan və İsveç arasında mədəni əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaq”, səfirliyin məlumatında deyilir.

Hazırda Gənc Tamaşaçılar Teatrı ilə A. Lindqrenin əsərləri əsasında teatr tamaşalarının təşkil edilməsi məsələsi müzakirə olunur.

“Əli və Nino ” Nəşriyyat Evinin rəhbəri Nigar Köçəli Turan agentliyinə bildirib ki, kitablarda müəllifin 1945, 1955 və 1964-cü il nəşrlərindəki orijinal illüstrasiyalarından istifadə olunub. Hər biri 1000 nüsxə ilə cap olunan kitabların qalan qismi satışa çıxarılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG