Accessibility links

Tələbələrin qətli Amerika müsəlmanlarının narahatlığına səbəb olub [Video]


Dia Bərəkət, onun həyat yoldaşı və baldızı ateist tərəfindən qətlə yetirilib

Ötən ayın əvvəli Şimali Karolinada üç müsəlman tələbəni qətlə yetirən şəxs ölüm cəzası ilə üzləşə bilər. Amerika müsəlmanları onların inamları adına beynəlxalq arenada törədilən terror hücumları nəticəsində özlərini mühasirə altında hiss edirdilər. Şimali Karolinada yaşayan müsəlmanlar isə Amerikanın cənubunun bu hissəsində həmişə xoşbəxt yaşayıblar və uğurla inkişaf ediblər.

Universitet şəhərciyi olan Çapel Hil qış çovğunundan sonra xoşbəxt bir yer idi.

Biz çalışmalıyıq ki, bizim plüralistik, hər kəsi qəbul edən cəmiyyətimiz olsun. Belə bir cəmiyyət universitetdə olmasa, harada olmalıdır

Lakin bir neçə həftə öncə stomatologiya tələbəsi Dia Bərəkət və onun həyat yoldaşı ilə baldızı, iddiaya görə, fanatik ateist tərəfindən qətlə yetirilib.

Salli Ayad ilk öncə necə reaksiya verəcəyini bilmədiyini deyir.

“Kədərliydik, hirsli idik, ancaq daha sonra öz uşaqlarımıza və özümüzə baxandan sonra, qorxu hiss etməyə başladıq.”

Ayad ailəsi Çapel Hil ərazisində yaşayan 38 min müsəlmanlardandır.

Burada böyüyən Salli Ayad özünü hər mənada amerikalı hiss edirdi.

“Mən pianino çalırdım. İdmanla məşğul olurdum. Girl Scouts-a daxil idim, peçenye satırdım. Və mən bunu sevirdim.”

Bir zamanlar tütün istehsalı ilə tanınan və “Üçbucaq” adlanan bu ərazi, 1960-cı illərdə texnologiya şirkətləri və tədqiqat laboratoriyalarını cəlb etməyə başladı.

Buranın yüksək-texnologiya ərazisinə çevrilməsi və belə univeritetlərin burda yerləşməsi, regionu ali təhsilli mühacirlərin cazibə mərkəzinə çevirib. Çoxları üçün isə əsasən də, müsəlmanlar üçün bu, Amerika arzusuna çatmaq demək idi.

Məhəmməd Əlqamal kompüter şirkətinin sahibidir və əvvəllər dininin problem olmadığını deyir.

“Fikrimcə, müsəlmanlar burada digər dinlərə mənsub insanlar kimi uzun zaman yaşayıblar.”

Metodistlərin kolleci kimi yaranan Duke universitetində yerləşən İbadətgah qalası yanvar ayında müsəlman tələbə və müəllimlərinə dinlərarası bir jest etmək istəyirdi.

Bir icma kimi biz bunun öhdəsindən müsbət şəkilldə gələcəyik

“Azan ibadətgahın zəng qalasından səslənəcəkdi.”

İslamşünaslıq fakültəsinin professoru Ümid Safi universitetin təhdidlər sonra bu fikirdən yayındığını deyir.

“Biz çalışmalıyıq ki, bizim plüralistik, hər kəsi qəbul edən cəmiyyətimiz olsun. Belə bir cəmiyyət universitetdə olmasa, harada olmalıdır?”

Çatışmazlıqlara baxmayaraq, Salli İyad ümidlidir.

“Bir icma kimi biz bunun öhdəsindən müsbət şəkilldə gələcəyik. Açığını desəm, mən başqa yerdə yaşamaq da istəməzdim.”

Ancaq Sallini uşaqlarının onun üzləşmədiyi təəsübkeşlik və zorakılıqlara məruz qala biləcəyi narahat edir.

XS
SM
MD
LG