Accessibility links

Konfederasiya bayrağının götürülməsi Cənubi Karolinanın Nümayəndələr Palatasında müzakirə ediləcək


Cənubi Karolinanın Nümayəndələr Palatası bu gün vətəndaş müharibəsi dövründən qalmış Konfederasiya bayrağının dövlət binası üzərindən götürülməsinə dair yeni qərarı müzakirə edəcək. Bayraq 50 ildir ki, bu binanın üzərində dalğalanır.

Demokrat və respublikaçıların əksəriyyətinin dəstəklədiyi qərar dünən Senatda səsə qoyulub və 36 lehinə 3 əleyhinə səslə qəbul edilib.

Qətlə yetirilmiş vətəndaş hüquqları fəalı senator Klementa Pinkneynin yoldaşı Cennifer Klementa dünən Senatda səsvermə prosesində iştirak edib. Səsvermədən sonra demokrat senator Gerald Malloi xanım Klementanın iştirakını yüksək qiymətləndirdiyindən və onun həyat yoldaşının səsvermələrə təsirindən danışıb.

Ağdərili irqçinin iyunun 17-si Çarleston şəhərində, kilsədə doqquz qaradərilini öldürdükdən sonra Respublikaçı qubernator Nikki Haley də daxil olmaqla Cənubi Karolina boyu sakinlər və siyasətçilər ştatda konfederasiya bayrağının endirilməsini tələb edib.

Kilsə qətliamında şübhəli bilinən Daylan Rufun hadisədən əvvəl Konfederasiya bayrağı ilə şəkil çəkdirdiyi müəyyən edilib.

Bayrağın əlehdarları bayrağın ağdərililərin hökmranlığı və 1860-cı ildə vətəndaş müharibəsində quldarlığın qanuni olmaqda davam etməsini istəyən cənub ştatlarının rəmzi olduğunu iddia edir.

Bayraq tərəfdarları onun quldarlıq deyil, tarixi əhəmiyyət daşıdığını və ailə irsinin fəxri olduğunu bildirib.

XS
SM
MD
LG