Accessibility links

Narko-kartel başçısı "El Çapo" Quzman yaralanıb [Video]


“El Çapo” adı ilə tanınan Hoakin Quzmanın axtarışları daha da intensivləşdirilib.

Rəsmilərin bildiridiyinə görə, axtarış Sinaloadan Quzmanın doğma ərazisi sayılan qonşu Duranqo ştatına qədər uzanıb.Meksika rəsmiləri dünyanın ən təhlükəli narkotik qaçaqçısı, Hoakin “El Çapo” Quzmanı ələ keçirməyə yaxındır. Bu həftə sonu “El Çapo” son anda qaça bilsə də, Meksika rəsmiləri onun yaralandığını deyir.

El Çapo Quzman

El Çapo Quzman

“El Çapo” adı ilə tanınan Hoakin Quzmanın axtarışları daha da intensivləşdirilib.

Narkotik kartelin başçısı bu həftə sonu Meksikanın şimal-şərqində keçirilən əməliyyat zamanı son anda qaça bilib. Rəsmilər “El Çapo”nun Sinaloa dağlarının dərəli-təpəli ərazisində Meksika dəniz piyadalarından qaçmağa çalışdığı zaman ayağı və üzündən xəsarət aldığını bildirir.

Ərazi sakinləri bu intensiv hərbi əməliyyatı təsvir ediblər.

“Biz yataqların altında gizləndik. Bu hadisəyə şahid olmaq qorxunc bir təcrübə idi. Biz orada özümüzü təhlükəsiz hesab etmirdik, ona görə də mən qarderobu boşaldıb uşaqları oraya saldım. Amma elə bil havadan güllə yağırdı.”

El Çapo Quzmanın qaçdığı tunel

El Çapo Quzmanın qaçdığı tunel

Meksika höküməti kartel başçısını iyul ayında onun həbsxanadan qaçdığı vaxtdan bəri axtarır.

Yenicə yayılmış videoda Quzman hücrəsindən tunelə enmədən öncə oradan bərk çəkic səsi eşidilir.

Quzman qaçandan sonra tənqid olunan Enqike Penya Nieto höküməti daha öncə onu Birləşmiş Ştatlara təhvil verməkdən imtina edib. İndi isə “El Çapo” ələ keçirildiyi an ekstradisiya olunacaq.

XS
SM
MD
LG