Accessibility links

Kartellər ölkəsi - sənədli film [Video]


Film Birləşmiş Ştatlar və Meksikada narkotik kartellər və onlara qarşı mübarizə aparan könüllü qruplar barədədir

Metyu Haynmanın Kartellər Ölkəsi adlanan sənədli filmi Uestern- kovboy janrını xatırladır. Ancaq bir fərq var ki, bu film həqiqətdə baş verənlər haqdadır. İki könüllü qrup, biri Birləşmiş Ştatlarda, digəri isə Meksikada ortaq düşmənə qarşı mübarizə aparır - narkotik kartellər.

Meksikada zorakılıq həqiqidir. 2007-ci ildən bəri 80 min insan öldürülüb və 20 mindən çox insan da itkin düşüb

Gecənin yarısı metamfetamin istehsalçısı Meksikanın qərbində yerləşən Miçoakan ştatında bir səhrada işə başlayır.

“Amerikadan bir ata və oğul gəlib bizə bunu düzəltməyi öyrətdilər. Onlar kimya oxuyublar və bizə bunu düzəltməyin yolunu göstərdilər.”

Xeyr, bu məşhur Amerika draması olan Breaking Bad serialından bir səhnə deyil. Bu Metyu Haynmanın Kartellər Ölkəsi adlanan sənədli filmindən bir parçadır.

“Bu əməliyyatın başçısı fənəri ilə mənə metamfetamini düzəltmək prosesini göstərirdi və mən bu səhnəni elə onunla çəkdim.”

Haynman narkotik katellərin və sərhədin hər iki tərəfində icmalarını narkotik alverinə qarşı qorumağa çalışan könüllü qrupların həyatlarını birinci əldən bizə göstərir.

Filmdən səhnə

Filmdən səhnə

“Meksikada zorakılıq həqiqidir. 2007-ci ildən bəri 80 min insan öldürülüb və 20 mindən çox insan da itkin düşüb.”

Sənədli filmə əsasən, Miçoakan ştatı bu zorakılığın mərkəz nöqtəsidir. Doktor Xose Mirele kartellərdən qurtulmağa çalışan meksikalı könüllü qrupu Autodefendas-ın rəhbəridir.

“Mən bir çox səfər ekstremal təhlükə ilə qarşılaşmışam.”

Haynman filmdə Miçoakan icmasının qanunsuzluğun gətirdiyi qorxu və korrupsiyadan bezdiklərini əks etdirir. Ancaq asayişi bərpa etməyə çalışan ordu şəhər əhlinin silahlarını müsadirə edir.

“Bu sizin başınıza gəlsə, biz bizim tərəfimzdə olardınız.”

Haynmanın filmi isə sadə bir məqamı qeyd edir:

Birləşmiş Ştatlar narkotik maddələrin ən çox satıldığı yerdir.Bu bütün ştatlarda baş verir

“Birləşmiş Ştatlar narkotik maddələrin ən çox satıldığı yerdir.Bu bütün ştatlarda baş verir.”

Sərhədin Amerika tərəfində- Arizonada - ordu veteranı Tim Foli qanunsuz narkotik ticarətinə qarşı mübarizə etmək məqsədilə şəxsi qrupunu təsis edib.

“O zamanlar könüllü qruplar pis sayılmırdı. Məsələn banditlar şəhərə girəndə, bütün əhali toplaşıb şəhəri qoruyurdu.”

O, qanusnuz mühacirlləri kəməndə salmağı öz üzərinə götürüb ki, bu mühacirlərin bəzilərinin ölkəyə narkotik maddələr gətirdiyi güman edilir. Foli daha sonra onları ABŞ dövlət sərhəd patruluna təhvil verir.

Xose Mireles, könüllü qrupun lideri

Xose Mireles, könüllü qrupun lideri

“Burda heç nə yoxdur, heç bir qanun, ona görə də mən özüm telefonu götürüb 911-ə zəng edib kömək istəməliyəm.”

“Yamaclara baxanda kartel kəşfiyyatçılarının səni izlədiyini görürsən. Onların radio dalğalarına qulaq asdıqda isə kartelin sənin haqqında danışdığını eşidirsən.”

Haynman deyir ki, ABŞ sərhəd patrul xidmətində işçi və maliyyə çatışmazlığı var. O, bildirir ki, həm ABŞ höküməti həm də könüllü qruplar kartellərə qarşı mübarizə aparır və bu mübarizədə daha güclü tərəf hələ ki, kartellərdir.

XS
SM
MD
LG