Accessibility links

ABŞ-ın sabiq prezidenti Cimmi Karter xərçəng xəstəliyindən müalicə edilir.

Çoxsaylı şəfa diləkləri alan Karter xərçəngin bir sıra orqanlarına yayıldığını bildirib.

90 yaşlı sabiq dövlət başçısında bu xəstəlik ayın əvvəlində qara ciyər əməliyyatı zamanı aşkar edilib.

ABŞ prezidenti Barak Obama Cimmi Karterə zəng edərək, tezliklə sağalmasını arzu edib.

Karter səhhəti haqda mütəmadi məlumat verəcəyini bəyan edib.

1981-ci ildə prezidentlik vəzifəsini tərk etdikdən sonra o, qlobal humanitar müdafiəçi kimi tanınır.

Cimmi Karter bir neçə kitabın müəllifidir. Onun sonuncu əsəri “Bötöv həyat:90-ların təəssüratı” adlanır.

XS
SM
MD
LG