Accessibility links

Eş Karter İŞİD-lə mübarizəyə yardım göstərilməsinə çağırır


ABŞ müdafiə naziri İraq və Suriyada İslam Dövlətinə qarşı kampaniya həyata keçirən koalisyayaya əlavə hərbi və maliyyə yardımı göstərilməsinə çağırıb.

Eş Karter Brüsseldə 20-dən artıq ölkənin müdafiə nazirləri ilə görüşü zamanı 66 ölkənin təşkil etdiyi koalisiya üzlərinin bəzilərini heç bir iş görməməkdə günahlandırıb.

Hollandiya ötən ay İraq və Suriyadakı döyüşlərdə rolunun genişləndiriləcəyini, Səudiyyə Ərəbistanı isə Suriyaya quru qüvvələr göndərəcəyini bəyan edib.

Konkret plan

Pentaqonun rəhbəri deyib ki, konkret hərbi kampaniya planı hazırlanacaq və Amerikanın indiyədək gördüyü işlərə əlavə olaraq fəaliyyətlərinin genişləndirilməsi yolları müəyyən ediləcək.

Karter ABŞ-ın İŞİD-in məğlubiyyəti planlarını bölüşəcəyini bildirib.

Ötyən ilə Amerikanın başçılıq etdiyi koalisya qüvvələri İraq və Suriyada islam Dövlətinin mövqelərinə 10 mindən artıq hava zərbəsi endirib. Hücumların 68 faizi İraqda, 94 faizi Suriyada həyata keçirilib.

Nailiyyətlər

Amerikanın təxminlərinə görə, İraqda ərazilərin 40, Suriyada isə 10 faizi İŞİD-in nəzarətindən geri alınıb.

ABŞ prezidenti Barak Obama oktyabr ayında başlayan büdcə planından 7.5 milyard dolların İŞİD-lə mübarizəyə ayrılmasını təklif edib. Bu, ötən illə müqayisədə 50 faiz artıqdır. Məsrəflərə 45 min əlavə smart bomba alınması da daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG