Accessibility links

ABŞ-ın müdafiə naziri İslam Dövlətinə qarşı mübarizənin genişləndirilməsi məqəsdi ilə İraqda kürd rəsmiləri ilə müzakirələr keçirir.

İrbil hava limanında Eşton Karteri Kürdüstan muxtar vilayətinin baş nazir müavini Qubad Talabani qarşılayıb.

Nazirin Kürdüstan prezidenti Məsud Barzani ilə görüşüb. Onun ABŞ-ın regiondakı hərbi qüvvələri ilə də görüşü planlaşdırılır.

Müxbirlələ görüşü zamanı Karter deyib ki, kürdlərin İŞİD-i məğlub etmək qabiliyyətinə malik olan Peşmərqə ordusu indiyədək şücaət nümayiş etdirib.

ABŞ müdafiə naziri İŞİD-ə qarşı mübarizədə daha çox dəstək toplamaq üçün regiona səfərinin bir hissəsi olaraq dünən İraqda olub.

Karterin kampaniyanın fəaliyyətini qiymətləndirmək və daha nə edilə biləcəyini müzakirə etmək məqsədi ilə İraq liderləri və komandirlərlə görüş keçirib.

Karter İraqa Türkiyədən gedib. Orada ABŞ hərbi qüvvələri qarşısında çıxışında Karter məqsədinin İŞİD-a qarşı mübarizəyə daha çox ölkənin qatılması olduğunu bir daha bəyan edib.

XS
SM
MD
LG