Accessibility links

Ötən il FBI Donald Trampın məsləhtçisinin danışıqlarını izləyib


Vaşinqton Post qəzetinin verdiyi məlumata görə, ötən il Federal Təhqiqat Bürosu prezidentliyə namizəd ikən Donald Trampın məsləhətçisi olan Karter Peycin danışıqlarını dinləmək üçün gizli məhkəmə qərarı əldə edib.

Qəzet adı açıqlanmayan qanun mühafizə rəsmisi ilə digər ABŞ rəsmilərinə istinadən bildirir ki, FBI və Ədliyyə nazirliyi Xarici Kəşfiyyat Müşahidə Məhkəməsi, FISA hakimini Peycin xarici qüvvə, yəni Rusiyanın agenti olduğuna dair mümkün dəlillərin olduğuna inandırandan sonra məhkəmədən dinləmə orderi əldə ediblər.

2016-cı ilin mart ayında Trampın seçki kampaniyası tərəfindən xarici siyasət müşaviri vəzifəsinə işə alınan keçmiş investisiya bankiri Peyc Rusiya prezidenti Vladimir Putini tərifləyib, ABŞ-ın Rusiyaya qarşı sanksiylarını isə tənqid edib.

Lakin çərşənbə günü CNN-a müsahibəsi zamanı Peyc ruslara işlədiyini inkar edib.

Ötən ay FBI-ın direktoru Ceyms Komi idarənin Tramp kampaniyasının üzvlərinin 2016-ci il prezident seçksinə təsir göstərmək üçün Rusiya ilə sözləşdiyini təhqiq etmək üçün istintaq başladıb. ABŞ kəşfiyyat rəsmiləri inanır ki, Moskva seçkinin Trampın lehinə nəticələnməsinə təsir göstərmək üçün müdaxilə edib. Moskva isə bu iddiaları rədd edir.

Tramp admisnitrasiyası rəsmiləri Moskva ilə işbirliyi etdiklərinə dair iddiaların yanlış və siyasi motivli olduğunu iddia edir.

XS
SM
MD
LG