Accessibility links

Həmid Karzay: "ABŞ əsgərinin ömürlük həbsi itkiləri qaytarmayacaq"


Afghan President Hamid Karzai speaks during a press conference at the presidential palace in Kabul, Aug, 24, 2013.
Afghan President Hamid Karzai speaks during a press conference at the presidential palace in Kabul, Aug, 24, 2013.
Əfqanıstan prezidenti Həmid Karzay Əfqanıstanda 16 mülki vətəndaşın qətlinə görə ABŞ əsgərinin ömürlük həbs cəzasına məhkum edilməsinin itkiləri əvəz etməyəcəyini deyib.

Həmid Karzay ölüm cəzasının əleyhinə olduğunu, lakin serjant Robert Beylsə ölüm cəzası verilsə idi belə, zamanı geriyə qaytarmağın mükün olmayacağını deyib. “Ömürlük və ya ölüm cəzası uşaqlarımızı, ailələrin xoşbəxt anlarını, əfqan xalqının itkisini geriə qaytarmayacaq.”

Prezident Karzay Amerikanı ailələrin kədərlərinin yüngünləşdirilməsi üçün lazımi addımlar atmağa, sabitliyin bərqərar edilməsinə yardım göstərməyə çağırıb.

Bu gün paytaxt Kabildə keçirdiyi mətbuat konfransında Əfqanıstan prezidenti 2014-cü ildə ABŞ qüvvələrinin ölkəni tərk etməsindən sonrakı dövr üçün Amerika ilə təhlükəsizlik sazinin imzalanmasına tələsmədiyini bildirib.

Həmid Karzay deyib ki, razılıq iqtisadi sabitlik və təhlükəsizliyə təminat verməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG