Accessibility links

Suriya hökuməti dinc əhaliyə qarşı kaset bombalardan istifadə edildiyini inkar edir


Suriya hökuməti kaset bombalardan istifadə etdiyini danır
please wait

No media source currently available

0:00 0:03:05 0:00
Suriya hökuməti dinc əhaliyə qarşı kaset bombalardan istifadə edildiyini inkar edir. Lakin ekspertlər və sakinlər şimal Azaz şəhəri yaxınlığına havadan 9 nəhəng kaset bombası atıldığını deyir.

Bu bombalar 30 il əvvəl Rusiyada istehsal edilib. Onların hər birində 30 ədəd kiçik bomba cəmləşir və məqsəd zurulan ziyanı maksumuma çatdırmaqdır.

Rusiyanın xarici işlər naziri də Suriyanın Rusiyadan aldığı kaset bombalardan istifadə etdiyini inkar edir.

Amerikanın səsi bomba qırıntılarını nümayiş etdirən fotoları silah ekspertlərinə göstərib. Müharibə Araşdırmaları İnstitutunun eksperti Kris Harmer onların kaset bombası olmadığını deyir. "Bunlar ya 81, ya da 120 mm-lik mərmilərə bənzəyir. Bunların kaset silahlarıolmadığı aydın məsələdir. "

Lakin digər ekspertlər bunun tamamilə əksini söyləyib.

Vaşinqtonda yerləşən Qlobal Təhlükəsizlik qrunun eksperti Cozef Trevitik şəkillərin tank və digər zirehli maşınların dağıdılması üçün istehsal edilən kaset bombalarını göstərdiyini deyib. “Hökumət ya yerli əhalini, ya da əhaliyə qarışan anti-hökumət ünsürlərini qorxutmaq istəyir. Hökumət əlində olan vasitələrdən istifadə etməklə onlara hədə-qorxu gəlir.”

İnsan hüquqları qruplarının bildirdiyinə görə, Suriya hökuməti oktyabr ayından bəri həm mülki, həm də müxalif qüvvələrin nəzarəti altında olan bölgələrə qarşı kaser bombalardan istifadə edir.

Amnesty International-ın əməkdaşı Donatella Rovero kaset bombaların yüz minlərlə dinc vətəndaşın ölümünə səbəb olduğunu deyir. “Bəli, fərqinə varmadan qeyri-hərbi bölgələrin hədəf alınması şübhəsiz ki, müharibə cinayətidir.”

BMT rəsmiləri Beynəlxalq Müharibə Cinayətləri Məhkəməsini müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət ittihamları ilə Suriya rəsmilərinin məsuliyyətə cəlb edilməsinə çağırır.
XS
SM
MD
LG