Accessibility links

Rusiyanın müxalifət lideri Harri Kasparov prezident Vladimir Putinin indi hakimiyyətdə qalmasının əvvəlki dönəmləri ilə müqayisədə daha çətin olacağını deyib. O bildirib ki, vəziyyətin dəyişməsi Putin hakimiyyətinin 3 ilədək sürməsinə səbəb olacaq.

Vaşinqtona səfəri çərçivəsində Amerikanın səsinə müsahibə verən siyasi fəal və şahmat üzrə sabiq dünya çempionu yeni texnologiyanın insanların siyasi həyatda fəallığını artırdığını və istənilməyən hökumət təsisatlarının hakimiyyətdə qalmasını qeyri-mümükün etdiyini deyib.

Rusiyanın Birləşmiş Vətəndaş Cəbhəsinin lideri Vaşiqntonda insan hüquqları sammitinin iştirakçıları arasında olub. Harri Kasparov ABŞ hökumətini ikili standartlara yol verməməyə və dünyada insan hüquqlarının aparıcı müdafiəçisi kimi liderliyini bərpa etməyə çağırıb.
XS
SM
MD
LG