Accessibility links

Ermənilər Kassab şəhərinin üsyançıların əlinə keçməsində Türkiyəni ittiham edir


Kassab

Kassab

Suriya üsyançıları bu yaxınlarda Türkiyə ilə sərhəddə yerləşən, etnik ermənilərin yaşadığı Kassab şəhərini ələ keçiriblər. Bu hadisə Türkiyənin Suriyadakı radikal İslamçılarla əlaqələrini və yüz illik mübahisəni yenidən gündəmə gətirib.

Mart ayının axırında Suriyanın Kassab şəhəri İslamçı yaraqlıların əlinə keçdikdən bəri Ankara tənqidlərlə üzləşir. Kassabın erməni sakinləri şəhərdən qaçaraq, Türkiyənin cihadçıları dəstəklədiyini deyib. Türkiyə bu ittihamı rədd etsə də, bəzi təhlilçilər baş verənlərin Türkiyəyə baha başa gələ biləcəyini deyirlər. Ələlxüsus da ki, hücum aprel ayına - ermənilərin hər il 1915-ci ildə osmanlılar tərəfindən qətliamını qeyd etdiyi vaxta təsadüf edir.

Ermənilər gələn il 100-cü ildönümü tamam olacaq hadisələrin soyqırım kimi tanınması yolunda beynəlxalq ictimaiyyətə təzyiqləri artırır. Erməni diasporunun nümayəndələri Kassaba hücumda Türkiyənin əli olduğunu və ən azı onun bu hücumun qarşısını ala bilmiş olacağını deyirlər.

Ankara isə bütün ittihamları rədd edərək, 1915-ci ildəki soyqırımın və ölənlərin sayının mübahisəli olduğunu deyir. Brüsseldəki Karnegi Avropa İnstitutundan Sinan Ülgen bu məsələnin gündəmdə qalmaqda davam edəcəyini deyir. “Biz daim bunu görürük. Türkiyə ilə Fransa arasında böhrana gətirib çıxarann qanun buna bir misaldır. İndi 2015 yaxınlaşır və Türkiyə bununla ayaqlaşmalıdır,” - deyə Ülgen bildirir.

Ermənistan prezidenti Serj Sarkisyan artıq Kassab hadisəsini 1915-ci illə müqayisə edir. Türkiyə dövlət mediası ilə Kassabdan qaçaraq Türkiyədə sığınacaq tapan ermənilərlə müsahibələr yayımlayır.

Ankara Suriyada fəaliyyət göstərən Əl-Qaida ilə əlaqəli Ən-Nüsrə Cəbhəsinı dəstəklədiyinı rədd edib. O, eləcə də Suriya üsyançılarının Kassaba hücumunu pisləyib.
XS
SM
MD
LG