Accessibility links

Kuba vətəndaşları mərhum lider Fidel Kastronun küllərinə baxmaq üçün küçələrə çıxıb.

Onun küllərinin prosessiyası Havanadan şərqə doğru, yəni Kastro və onun üsyançı döyüşçülərinin 1959-cu ilin yanvar ayında hakimiyyəti ələ keçirmədən öncə Sierra Maestra Dağlarından paytaxta dogru irəlilədiyi isiqamətin əksinə aparılıb.

Kastro cümə günü 90 yaşında vəfat etdi. Onun cəsədi yandırılıb və Kubada bəziləri tərəfindən imkansızların müdafiəçisi, digərləri tərəfindən isə ölkənin iqtisadiyatını məhv edən və insan haqlarını pozan zalım kimi qiymətləndirilən liderin vəfatından sonra doqquz günlük matəm elan edilib.

Anım mərasimləri bazar ertəsi paytaxt Havanada və Kastronun 1953-cü ildə Kuba İnqilabını başlatdığı Santiaqo de Kuba şəhərində başlayıb.

Çərşənbə axşamı yüz minlərlə insan Kastronun xatirəsini yad etmək üçün Havananın İnqilab Meydanına toplaşıb.

Santiaqo de Kuba yaxnlığında böyüyüb başa çatan Kastro 1953-cü ildə Fulhensio Batista hakimiyyətinə qarşı üsyan başladıb və sonunda 1959-cu ildə ABŞ-ın dəstəklədiyi lideri devirərək, hakimiyyəti ələ keçirib. O, təkpartiyalı socialist hökümət qurub. Kastro höküməti daim Vaşinqtona etinasızlıq göstərib və özünə keçmiş Sovet İttifaqını müttəfiq seçib.

Show comments

XS
SM
MD
LG