Accessibility links

Katerin Aşton Birmada müxalifət lideri ilə görüşüb

  • Amerikanın səsi

Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Katerin Aşton Ranqun şəhərində Birma müxalifətinin lideri Aunq San Suu Kyi ilə görüşüb.

Birmanın əsas şəhərində Nobel sülh mükafatı laureatı ilə birgə dayanan Aşton Birma hökumətini demokratiya istiqamətində proqresi davam etdirməyə çağırıb.

Aşton Ranqunda Avropa İttifaqının yardımı əlaqələndirmək və siyasi məsələləri yoluna qoymaq üçün təsis olunan yeni ofisinin açılışında iştirak edir.

Bruneydə Avropa və Cənub-Şərqi Asiya millətlərinin xarici işlər nazirləri ilə görüşündə Aşton deyib ki, ofisin açılışı tam diplomatik münasibətlərin qurulması istiqamətində ilk addım olacaq.

XS
SM
MD
LG