Accessibility links

Aktrisa Katerin Zeta-Cons ikinci dərəcəli ikiqütblük xəstəliyi diaqnozu ilə əlaqədar xəstəxanaya aparılıb.

Ulduz səhhətinin yaxşılaşacağından əmin olmaq üçün 30 günlük proqramı tamamlamalıdır. Bu növ xəstəlik insanın əhvalında gözlənilmədən sərt dəyişikliyə səbəb ola bilir. Aktrisanın nümayəndəsi People jurnalına Katerinin səhiyyə mərkəzinə getdiyini bildirib. O, əlavə edib ki, Katerin Zeta-Cons səhhətinə nəzarət üçün ara-bir həkim yanına gedirdi.

2011-ci ildə Zeta-Cons Konnektikut ştatında yerləşən ruhi xəstəliklər dispanserində mülaicəsini başa çatdırıb. O zaman vəziyyətindən danışan aktrisa tənhalıqda xəstəlikdən əziyyət çəkməkdənsə yardım üçün müraciət etmə qərarına gəlir və bundan utanmadığını deyib. 43 yaşlı Hollivud ulduzu bu yaxınlarda Nyu York şəhərində keçirilən 2013-cü il Chaplin Mükafat Gala mərasimində həyat yoldaşı Maykl Duqlasla bərabər olduqca cazibəli görünürdü. Nə demək olar…biz gözəl aktrisaya şəfa diləyirik.
XS
SM
MD
LG