Accessibility links

Məhkəmə snayper Kriz Kaylı öldürən şəxs barədə qərar çıxardı


Texas ştatında münsiflər məhkəməsi Amerika Snayperi adlı məşhur filmin qəhrəmanı olan sabiq ABŞ hərbi dəniz donanmasının snayperi Kriz Kaylı öldürən şəxsi qətldə günahkar bilib.

Eddi Ray Rut 2013-cü ilin fevralında Kriz Kayl və Kaylın dostu Çad Littlfildi öldürməkdə müqəssir tanınıb. Münsiflər məhkəməsi bu qərarı 3 saatdan da az müddətdə çıxarıb.

Prokurorlar ölüm cəzası tələb etmədiyi üçün 27 yaşlı Rut avtomatik olaraq apellyasiya olmadan ömürlük həbs cəzasına məhkum edilib.

Rut İraq və 2010-cu ildə zəlzələnin baş verdiyi Haitidə göstərdiyi xidmətdən sonra travmatik stres xəstəliyindən əziyyət çəkirdi. Kayl və Littlfild sabiq dəniz donanma əsgəri Ruta kömək etmək üçün onu atıcılıq mərkəzinə aparıb.

Onun vəkilləri Rutun hadisə zamanı ruhi xəstəlikdən əziyyət çəkdiyini və Kaylla Littlfildin atıcılıq mərkəzində onu öldürməyi planlaşdırdığını iddia edirdi.

XS
SM
MD
LG