Accessibility links

Kayseridə «Nabucco» konsorsiumu ilə tranzit ölkələr arasında Layihəyə Dəstək Sazişləri imzalanıb


Kayseridə «Nabucco» konsorsiumu ilə tranzit ölkələr arasında Layihəyə Dəstək Sazişləri imzalanıb

Kayseridə «Nabucco» konsorsiumu ilə tranzit ölkələr arasında Layihəyə Dəstək Sazişləri imzalanıb

Layihəyə Dəstək Sazişləri «Nabucco» və hər bir tranzit ölkə hökuməti arasında bağlanmış ikitərəfli xüsusi hüquqi sazişlərdir. Sazişlərin əsas elementləri Avropa İttifaqı və Türkiyə energetika qanunvericiliyi çərçivəsində üstün cəhətlərə malik faydalı normativ tranzit bazasının təsdiqlənməsindən, «Nabucco» boru kəmərinin qanunda hüquqi bərabərliyi pozan potensial dəyişikliklərdən qorunmasından və layihənin gələcəkdə həyata keçirilməsi üçün qanunvericiliyə əsaslanan və inzibati tədbirlərə dəstək verilməsindən ibarətdir.

Bu gün Kayseridə (Türkiyə) «Nabucco Gas Pipeline International GmbH.» konsorsiumu və beş tranzit ölkənin (Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə) məsul nazirlikləri arasında Layihəyə Dəstək Sazişlərinin (LDS-lər) imzalanma mərasimi keçirilib. Bununla da «Nabucco» boru kəməri üçün normativ-hüquqi bazanın formalaşması prosesi yekunlaşıb.
«Nabucco Gas Pipeline International GmbH.» şirkətindən APA agentliyinə verilən məlumata görə, LDS-lər «Nabucco» və hər bir tranzit ölkə hökuməti arasında bağlanmış ikitərəfli xüsusi hüquqi sazişlərdir. LDS-lərin əsas elementləri Avropa İttifaqı və Türkiyə energetika qanunvericiliyi çərçivəsində üstün cəhətlərə malik faydalı normativ tranzit bazasının təsdiqlənməsindən, «Nabucco» boru kəmərinin qanunda hüquqi bərabərliyi pozan potensial dəyişikliklərdən qorunmasından və layihənin gələcəkdə həyata keçirilməsi üçün qanunvericiliyə əsaslanan və inzibati tədbirlərə dəstək verilməsindən ibarətdir. LDS-lərdə layihəyə dəstək vermək üçün hər bir hökumət tərəfindən götürülmüş öhdəliklər də əksini tapıb.
«LDS-lərin imzalanması bizim layihəmiz üçün daha bir mühüm əhəmiyyət kəsb edən məsələdir və tranzit ölkələrin hökumətləri ilə bizim tərəfdaşlığımızı və əməkdaşlığımızı gücləndirir. Eyni zamanda, bu gün «Nabucco» Layihəsinin Siyasi Komitəsinin birinci iclası keçirilir və bu komitə tranzit ölkələr arasında səmərəli koordinasiyanı təmin edəcək. Biz layihənin möhkəm əsasından məmnunuq və layihəyə həm siyasi, həm də maliyyə dairələrindən dəstək verilməsini alqışlayırıq. «Nabucco» layihəsi sahibkarları, istehlakçıları, ölkələri və mədəniyyətləri birləşdirən qlobal enerji əməkdaşlığının gələcəyini simvolizə edir və qarşıdan gələn bir çox onilliklər ərzində təchizatın müxtəlifliyi və təhlükəsizliyini təmin edəcək», - deyə «Nabucco Gas Pipeline International GmbH.» korporasiyasının baş direktoru Reynhard Mitçek bildirib.
«Nabucco» Layihəsinin Rəhbər Komitəsinin sədri və «Gas & Power at OMV» şirkətinin rəhbəri Verner Aulinin sözlərinə görə, Avropada qaza tələbatının növbəti onillikdə xeyli artacağı gözlənilir və «Nabucco» boru kəməri Xəzər regionunda qaz təchizatçıları üçün üstünlük verilən nəqliyyat metodu olacaq: «Təchizatçılar ilə danışıqlar yaxşı gedir və «Nabucco» boru kəmərinə maraq getdikcə artır».
Qeyd edək ki, bundan öncə «Nabucco»nun tikintisinə 2012-ci ildə, Azərbaycan qazının nəqli isə 2015-ci ildə gözlənilirdi.
Xatırladaq ki, «Nabucco» qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avroraya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan «Nabucco Gas Pireline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.
Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Layihənin ümumi dəyəri 7,9 mlrd. avro təşkil edir. Lakin hazırda bu rəqəm layihə heyəti tərəfindən dəqiqləşdirilir.
İtaliya bəstəkarı Cüzerre Verdinin 1842-ci ildə yazdığı oreranın rersonayı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.

XS
SM
MD
LG