Accessibility links

Janaozen hadisələri ilə bağlı qəzet redaktoru, müxalifət lideri və üç polis işçisinə qarşı ittiham irəli sürülüb

Qazaxıstanda prokurorlar keçən ay Janaozen şəhərində insan ölümülə nəticələnmiş iğtişaşlarla əlaqədar bir qəzet redaktoru, müxalifət lideri və üç polis işçisinə qarşı ittiham irəli sürüb.

Qazaxıstanın Milli Təhlükəsizlik Xidməti işlə əlaqədar bazar ertəsi günü “Vzqlyad” qəzetinin redaktoru İqor Vinyavski, Alqa partiyasının lideri Vladimir Kozlov və üç polis işçisini həbs edib.

Prokurorlar həmçinin üç polis işçisinə qarşı neftçilərin etiraz nümayişi zamanı ifrat gücdən istifadə etmək ittihamı irəli sürüb. Janaozendə baş vermiş iğtişaşlar 15 nəfərin ölümülə nəticələnmişdir.

Rəsmilərin bildirdiyinə görə, toqquşma etirazçıların şəhərin mərkəzi meydaninda ənənəvi yurta və çadırları dağıtdıqdan sonra başlayıb. Lakin nümaiyşçiləri sosial media nümayəndələrinə bildirib ki, polis onları mühasirəyə alıb atəş açmağa başlayıb.

XS
SM
MD
LG