Accessibility links

Qazaxıstan və Özbəkistan sərhədində təyyarə qəzası nəticəsində sərhəd xidməti idarəsinin başçısı vəzifəsini icra edən polkovnik Turqanbek Stambekov həlak olub.

Qazaxıstanın təhlükəsizlik idarəsinin açıqladığı bəyanatda Rusiya istehsalı olan təyyarənin ölkənin cənubunda Şımkent yaxınlığında enişə hazırlaşan zaman radarlardan ittiyi bildirilir. Polkovnik Stambekov ekipaj üzvləri və sərhəd təhlükəsizlik xidmətinin 19 üzvü ilə bərabər qəzada həyatını itirənlər arasındadır. O, iyun ayında Çinlə sərhəddə yoxlama məntəqəsində 14 əsgərin öldürülməsindən sonra sərhəd təhlükəsizlik idarəsinin başçısı təyin edilmişdi.

Qazaxıstan rəsmiləri təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırıldığını bildirib. Onlar qəza zamanı hava şəraitinin pis olduğunu deyib.
XS
SM
MD
LG