Accessibility links

Azərbaycan alpinistləri Kazbeki fəth edib


Kazbek dağı
Kazbek dağı

Alpinistlər Kazbekin 5047 metrlik zirvəsinə qalxıb

Avqüstun 15-də Bakı vaxtı ilə saat 13:55-də azərbaycanlı alpinistlər Kazbek dağının zirvəsini (5047 m.) fəth ediblər. Bu barədə Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidməti məlumat verib.

Ekspedisiyada bir neçə klubun idmançıalrı iştirak ediblər: “Nikoil bank”, “Dağçılıq İdman Klubu və “Qartal” klubu.

Qrupa AAF prezidenti İsrafil Aşurlı rəhbərlik edir.

Ekspedisiya federasiya üzvləri tərəfindən keçirilən idman toplantıları çərçivəsində baş tutub. Yaxın vaxtlarda daha bir neçə ekspedisiya həyata keçiriləcək.
XS
SM
MD
LG