Accessibility links

Riçard Kazlariç: "Azərbaycan özünü Avropadan uzaqlaşdırır" [Video]


Riçard Kazlariç: "Azərbaycan özünü Avropadan uzaqlaşdırır"
please wait

No media source currently available

0:00 0:06:33 0:00

Riçard Kazlariç: "Azərbaycan özünü Avropadan uzaqlaşdırır"

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Amerikanın Səsinə müsahibə verib

Avropa Parlamenti Azərbaycana qarşı qətnaməni qəbul edəndən sonra Qərblə Bakı arasında münasibətlərdə gərginlik daha da artıb. ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibəsində Azərbaycan hökumətinin son addımlarına və parlament seçkiləri öncəsi ABŞ-Azərbaycan əlaqələrinə nəzər salıb. Cənab Kazlariçlə müsahibəni təqdim edirik:

Sual: Bu yaxınlarda Vaşinqton Post qəzeti tanınmış jurnalist Xədicə İsmayılın 7.5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə məqalə dərc edərək bildirib ki, ABŞ hökuməti jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının, siyasi məhbusların azadlığa buraxılması üçün yetərli təpki göstərmir. Siz hazırki ABŞ-Azərbaycan əlaqələrini necə xarakterizə edərdiniz?

İndi məsələ bundan ibarətdir ki, narahatlıqların növbəti mərhələsinə keçmək lazımdır. Çünki məqsəd siyasi məhbusların azadlığa buraxılmasıdır.
Riçard Kazlariç

Cavab: Şadam ki, başqa bir ABŞ qəzeti Azərbaycandakı vəziyyətə diqqət yönəldir. Bu vəziyyət, xüsusilə Xədicə, Leyla və Arif Yunus daxil olmaqla bütün siyasi məhbuslarla bağlıdır. İctimaiyyətin bir üzvü kimi mənə ABŞ hökumətinin Azərbaycanda siyasi məhbuslarla bağlı nələri etmədiyini demək çətindir. Əlbəttə ki, Azərbaycanda baş verənlərlə bağlı Dövlət Departamentinin sözçüsü, ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer kimi çox yüksək səviyyələrdə ciddi narahatlıqların ifadə olunduğunu görmüşük. Bizim kimi hadisələri yaxından izləyənlər üçün isə təəssüf ondan ibarətdir ki, nə ictimai bəyanatlar, nə də bağlı qapılar arxasındaki danışıqlarla nəyinsə həll edildiyi müşahidə olunmur. Xüsusilə Deyvid Kramer və mən çox narahatıq, təəssüf ki, biz indi siyasi məhbusların həbsində və məhkəmə proseslərində məsuliyyət daşıyanlara qarşı hər hansı sanksiyaların nəzərdə keçirilməli olduğu bir məqamdayıq. İndi məsələ bundan ibarətdir ki, narahatlıqların növbəti mərhələsinə keçmək lazımdır. Çünki məqsəd siyasi məhbusların azadlığa buraxılmasıdır.

Sual: Bu ayın əvvəlində Avropa Parlamenti qətnamə qəbul edərək siyasi məhbuslar, insan haqları müdafiəçiləri və digər vətəndaş cəmiyyəti fəallarının dərhal azad edilməsinə çağırdı. Qətnamədə maliyyənin müvəqqəti dayandırılması və həbslərə görə məsuliyyət daşıyan fərdlərə səfər qadağası ifadə olunurdu. Bunu necə şərh edərdiniz?

Təəssüf ki, Azərbaycandakı hazırki rejim özünü müxtəlif vasitələrlə Avropadan uzaqlaşdırmaq yolunu seçib. Buraya iki il əvvəl qəbul olunmuş qonşuluq siyasəti və Avropa ilə daha yaxın əlaqələrin qurulmamasına dair qərar, eləcə də prezidentin Avropa təşkilatlarından çıxmaq məramı daxildir. Yaxşı ki, Avropa Parlamenti etiraz səsini ucaltdı, ancaq hökumətin buna reaksiyası təəssüfedicidir. Çünki bu, yalnız fikir ayrılığı və məsafə yaradır.
Riçard Kazlariç

Cavab: Bu günlər dünyada və regionda müxtəlif fərqli məsələlərin narahatlıqlar yaratdığı bir şəraitdə fərdlər, QHT-lər və ya Avropa Parlamenti kimi hökumət təşkilatları olmasından asılı olmayaraq mümkün qədər etiraz səsinin olması vacibdir. Avropanın səsini ucaltması çox mühüm idi. Təəssüf ki, Azərbaycandakı hazırki rejim özünü müxtəlif vasitələrlə Avropadan uzaqlaşdırmaq yolunu seçib. Buraya iki il əvvəl qəbul olunmuş qonşuluq siyasəti və Avropa ilə daha yaxın əlaqələrin qurulmamasına dair qərar, eləcə də prezidentin Avropa təşkilatlarından çıxmaq məramı daxildir. Yaxşı ki, Avropa Parlamenti etiraz səsini ucaltdı, ancaq hökumətin buna reaksiyası təəssüfedicidir. Çünki bu, yalnız fikir ayrılığı və məsafə yaradır.

Sual: ABŞ Konqresinin də belə bir addım atmaq ehtimalı varmı? Və ya ABŞ insan haqları fəallarının azadlığa çıxmasına kömək üçün hansı addımları ata bilər?

Cavab: Konqresin bir çox üzvü, xüsusilə də Helsinki Komissiyası ilə əlaqəli olanlar müntəzəm olaraq insan haqlarının vəziyyətinə, eləcə də Xədicə İsmayıl, Arif və Leyla Yunusun həbsinə etirazlarını bildiriblər. ABŞ Konqresi Avropa parlamentindən fərqli sistemdə fəaliyyət göstərir. Mən ABŞ Konqresində oxşar qətnamənin qəbulunu təsəvvür edə bilmirəm. Ancaq, xüsusilə mətbuat azadlığı, insan haqlarından narahat olan fərdi şəxslərin öz etirazlarını bildirəcəklərinə inanıram.

Sual: Həbslərlə bağlı tənqidlərə baxmayaraq, həbslər davam etməkdədir. Elə bu günlərdə Meytan TV-nin bir neçə jurnalisti saxlanıb. Sizcə bu həbslərin qarşıdan gələn parlament seçkiləri ilə bir əlaqəsi varmı?

Fikrimcə, seçkilərin yaxınlaşması ilə hökumət beynəlxalq və ya Azərbaycan mediasının seçki prosesini izləməsini istəmir. Onlar seçkilərlə bağlı mesajlara nəzarət etmək istəyir. Bu, yalnız media ilə bağlı deyil. ATƏT-in müşahidəçilərinin sayının məhdudlaşdırılması ilə bağlı qərar da aydın göstərir ki, seçkilər öncəsi müstəqil məlumatı məhdudlaşdırmaq istəyirlər.

Cavab: Fikrimcə, ölkədə müstəqil informasiya mənbəyi kimi qalan bütün qurumların hədəf alınması səyləri mövcuddur. Bu kontekstdə Meydan TV əla hədəfdir. Çünki onlar keçmişdə də öz fikirlərini bildiriblər. Və sizin də vurğuladığınız kimi indi onların Azərbaycanda olan bir neçə jurnalisti saxlanıb. Əli Həsənov bildirdi ki, o, bunu hökumətin Azərbaycan qanunlarına məhəl qoymayan jurnalistlərə diqqət yönəldilməsi kimi görür. Mənə isə bu, daha çox jurnalistlərin hədələnməsi təsiri bağışladı. Fikrimcə, seçkilərin yaxınlaşması ilə hökumət beynəlxalq və ya Azərbaycan mediasının seçki prosesini izləməsini istəmir. Onlar seçkilərlə bağlı mesajlara nəzarət etmək istəyir. Bu, yalnız media ilə bağlı deyil. ATƏT-in müşahidəçilərinin sayının məhdudlaşdırılması ilə bağlı qərar da aydın göstərir ki, seçkilər öncəsi müstəqil məlumatı məhdudlaşdırmaq istəyirlər.

Sual: Siyasi məhbuslar və jurnalistlərin azad olunması üçün Azərbaycan hökumətinə rəsmi təzyiqlərin səviyyəsindən razısınızmı?

Cavab: Əvvəldə də dediyim ki, nə baş verdiyini deyə bilmərəm. Bilmirəm ki, qapılar arxasında nə müzakirə olunur. Amma onu bilirəm ki, 90-dan çox insan həbsdədir. Xədicə, Leyla və Arifin məhkəmə prosesləri siyasi tamaşa idi. Jurnalistlərin ailə üzvləri məcbur edilir ki, övladlarında imtina etsinlər. Bütün bunlar, sadəcə bir jurnalistin həbsindən qat-qat böyük məsələdir. Burada bir kampaniya var. Fikrimcə hökumət verilən mesajları dinləməmək yolunu seçib. Həm ABŞ, həm də Avropa rəsmiləri çox çətin qərar verərək hökuməti düzgün addım atmağa məcbur etməlidir. Ancaq narahatam ki, bu proseslər Dağlıq Qarabağa dair Ermənistan-Azərbaycan arasında gərginliyin artdığı və bütün dünyada, xüsusilədə Azərbaycanda iqtisadi zəifləmə kontekstdə baş verir. Yəni, çoxsaylı kəsişmələr var və bunlar ABŞ və Avropa hökumətlərinin atacağı addımlarda mühüm rol oynayacaq. Bir fərdi vətəndaş kimi mən siyasi məhbusların azadlığı istiqamətində daha çox addımların atıldığı görmək istərdim.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG