Accessibility links

Keçmiş SSRİ Əmanət Bankında batan pullar vətəndaşlara qaytarılır


Əmanətlərin qaytarılması 2012-ci ilin iyununda başlayacaq və 2013-cü il 31 dekabrında başa çatdırılacaq.

Prezident İlham Əliyev keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb.

Fərmanla müəyyən edilib ki, əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi 2012-ci ilin iyun ayından başlayır və 2013-cü il 31 dekabr tarixinədək başa çatdırılır.

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Bankının hüquqi varisi olan "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab edilir.

Nazirlər Kabinetinə 15 gün müddətində: birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Maliyyə Nazirliyinin nəzdində aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə həmin ödəmələrin verilməsi başa çatanadək fəaliyyətdə olacaq Xüsusi Komissiyanın yaradılmasını təmin etmək; Xüsusi Komissiyanın fəaliyyət qaydasını təsdiq etmək; birdəfəlik ödəmələrin verilməsi və bu ödəmələrin verilməsi işinin təşkil edilməsi üçün dövlət büdcəsindən müvafiq vəsaitlərin ayrılması məsələlərini və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Maliyyə Nazirliyinə isə birdəfəlik ödəmələrin dövlət büdcəsindən maliyyələşdirilməsini "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin sifarişləri, habelə Xüsusi Komissiyanın rəyi əsasında həyata keçirmək; birdəfəlik ödəmələrin verilməsi zamanı əmanətçilərin müraciətləri ilə bağlı operativ tədbirlər görülməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində qaynar xətt yaradılmasını təmin etmək; birdəfəlik ödəmələrin verilməsi vəziyyətinə dair məlumatların mütəmadi olaraq kütləvi informasiya vasitələrində yerləşdirilməsini təmin etmək tapşırılıb.

XS
SM
MD
LG