Accessibility links

Keçmiş Türkiyə gözəli ölkə prezidentini təhqir etdiyinə görə 14 aylıq həbsə məhkum edilib.

27 yaşlı model Merve Büyüksarac prezident Rəcəb Tayyib Ərdoğanı sosial mediada təhqir etməkdə günahlandırılıb. Model isə ittihamı rədd edib.

2006-cı ildə Türkiyə gözəli olmuş Büyüksarac 2014-cü ildə İnstagram səhifəsində paylaşdığı satirik şeirə görə keçən il saxlanılmışdı. BBC-nin məlumatına əsasən geniş yayılmış şeir Türkiyə himninin musiqisi ilə müşayiət olunur.

Prokurorlar şeirin o zamanlar baş nazir olmuş Ərdoğanı təhqir etdiyini təsdiqləmişdilər.

Ona qarşı çıxarılmış hökmün əsas şərtlərindən biri növbəti 5 il müddətində prezidentin təhqirinə yol verməməsindən ibarət olub.

2014-cü ildə Ərdoğan prezident seçildikdən sonra təxminən 2000 adam prezidenti təhqir etməkdə ittiham olunub.

Büyüksaracın vəkili Emre Telcinin sözlərinə görə, məhkəmə proseslərinin başlaması heç də təsadüfi deyil.

“Merve ona məxsus olmayan statusu paylaşdığına görə mühakimə olunub. Mənim müvəkkilim özünə məxsus olmayan sözlərdən dolayı məhkum edilib,” deyə hüquq müdafiəçisi açıqlama yayıb.

İnsan hüquqları fəalları məhkəmə proseslərini Erdoğan hökümətinin tənqidçiləri susdurmaq cəhdi kimi dəyərləndirirlər.

XS
SM
MD
LG