Accessibility links

Keçən il Iranda həbs olunan üç amerikalının səhhəti zəifləyib


Keçən il Iranda həbs olunan üç amerikalının səhhəti zəifləyib

Keçən il Iranda həbs olunan üç amerikalının səhhəti zəifləyib

Ailələrin cümə günü açıqladığı bəyanata əsasən, alpinistlərin üçü də həbslərinə etiraz məqsədi ilə aclıq aksiyası keçirmək fikrindədir.

İranda həbs olunan üç amerikalı alpinistin ailə üzvləri bildiriblər ki, onlardan ikisinin səhhəti zəifləyib. Ailələrin cümə günü açıqladığı bəyanata əsasən, alpinistlərin üçü də həbslərinə etiraz məqsədi ilə aclıq aksiyası keçirmək fikrindədir.

Ailələr bildirib ki, onlar uşaqlarının vəziyyəti haqda məlumatı çərşənbə günü saxlanılanlarla görüşməyə icazə verilən İsveç diplomatlarından alıblar. Ailələr Şeyn Bauerin mədə xəstəliyi, Sara Şourdun isə depressiyadan və mütəxəssisin müayinəsini tələb edən digər xəstəliklərdən əziyyət çəkdiyi barədə xəbərdar ediliblər.

İran rəsmiləri Bauer, Şourd və Coş Fatalı İraqın şimalindan İrana daxil olduqdan sonra keçən ilin iyul ayında həbs ediblər.

Saxlanılanların qohumları bildirib ki, alpinistlər təsadüfən İran sərhədini keçiblər. Lakin Iran rəsmiləri onları casusluqda ittiham edib.

XS
SM
MD
LG