Accessibility links

Con Kelli Konqresdə ifadə verib [Video]


ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkəsindən Amerikaya səyəhət qadağana dair sərəncamı daxili təhlükəsizlik naziri Con Kellinin Konqresə ilk ziyarəti zamanı üstünlük verilən mövzu olub.

Daxili təhlükəsizlik naziri Konqresi prezidentin sərəncamına əsas olduğunda razı salmağa çalışıb. Bu, din deyil, riskdir-deyə o bildirib.

“Onlar ölkəyə müsəlman olduqları üçün deyil, sənədləri və məlumatlarına etibar edilmədiyi üçün buraxılmır.”

Kelli deyib ki, Konqreslə normal təmas olsaydı hava limanlarında çaşqınlıqlar və etiraz aksiyaları baş verməyə bilərdi.

“Geriyə baxdıqda mən bunu bir qədər gecikdirməli idim.”

Ailələr qadağaya görə geri qaytarılıb və onlar sonradan ölkəyə buraxılıb. Lakin bu, demokratların qəzəbini sakitləşdirməyə kifayət etməyib.

Nümayəndələr Palatasının respublikaçı üzvləri sərəncamın amerikalıların müdafiəsi mahiyyəti daşıdığını deyir.

Respublikaçı Skott Perri : “Bəziləri üçün aeroportda saxlanma narahatedici ola bilər. Lakin məndə analar, atalar, qardaş və bacılar, heç vaxt valideynlərini görməyən uşaqların şəkilləri yoxdur. Onlar müharibə zonaları və hücumlara məruz qaldıqları icmalardan gəlir.”

Daxili təhlükəsizlik nazirinin ifadəsi mühüm bir vaxta təsadüf edib. Məhkəmələr Trampın sərəncamının qanuniliyini sual altına alıb. Tramp isə sərəncamın qələbəsindən əminliyini ifadə edib: “Bəzi şeylər qanundur. Mən onların tərəfdarıyam. Bir də var məntiq.”

Trampın tənqidçiləri onun tvittlərini hökumətin ədliyyə sistemini hədə altına aldığını deyir.

Nazirliyinin məsuliyyətlərini sual edən demokratların suallarını cavblandırması Kellini çıxılmaz vəziyyətə salıb.

“Ehtiyatlı olmaq üçün prezidentin narahatlığını ifadə etməsini gözləmək lazım deyildi.”

Kellinin Trampı dəstəklədiyi aydın idi. Xüsusilə də hakimlərə xəbərdarlığı ilə...

“Məhkəmə zallarında onlar mənim kimiləri tərəfindən mühafizə edilir Ölkəyə gələnlər tərəfindən nəsə törədilsə, onlar hakimlər deyil, mənin kimilərdən hesab soracaqlar.”

Trampın sərəncamı ilə bağlı debatlar hökumətin bir tərəfindən digərinə qeyri-adi mesajlarla davam edir.

XS
SM
MD
LG